Icma.az
close
up
RU
Qarabağ ötənilki kimi oynasaydı... Yarımfinalın ilk duellərinə sözardı

Qarabağ ötənilki kimi oynasaydı... Yarımfinalın ilk duellərinə sözardı

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Aprelin 2-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirildi. "Araz-Naxçıvan" Mərdəkanda "Qarabağ" üzərində minimal hesablı qələbə qazandısa, "Neftçi" öz meydanında "Sabah"a 1:2 hesabı ilə uduzdu. Əlbəttə, bu mərhələnin taleyini bir yox, iki oyunun nəticəsi müəyyənləşdirir. Dəqiq olan budur ki, hələ finalda hansı komandaların üz-üzə gələcəyini heç kim deyə bilməz. Bu başqa məsələ ki, birinci qarşılaşmalarda qələbə qazanan tərəflərin həlledici qarşılaşmada titul uğrunda mübarizə aparmaq ehtimalı daha yüksəkdir. Şübhəsiz, hər şeyə aprelin 23-də baş tutacaq cavab qarşılaşmalarından sonra aydınlıq gələcək. İndiki durumda müəyyən proqnozlar səsləndirə və avrokuboklara vəsiqə baxımından böyük önəm daşıyan final qarşılaşmasının həyəcanını vaxtından əvvəl yaşaya bilərik. 

Gözlənilən baş verməyəcək?

Misli Premyer Liqasının turnir cədvəlində 48 xalla 3-cü pillədə mövqe tutan "Araz-Naxçıvan"ın həm də kubokun yarımfinalına yüksəlməsi, üstəlik, 1/4 finalda "Zirə"ni mübarizədən kənarlaşdıraraq "Qarabağ"a rəqib olması komandanın baş məşqçisi Elmar Baxşıyevin bacarığına əyani sübutdur. Daha öncə "Qəbələ"yə kuboku qazandıran mütəxəssis "qırmızı-qaralar" elitadan düşəndən sonra indiki klubunda ortaya qoyduğu performansla xoş sözlərə layiqdir. "Liv Bona Dea Arena"dakı görüşdə Azərbaycanın ən yaxşı komandasına çətin anlar yaşadan Naxçıvan təmsilçisinin qələbəsini təsadüfi adlandırmaq absurddur. "Qırımızı-ağlar"ın penaltidən vurduğu qol müəyyən mübahisələrə səbəb olsa belə, meydan sahiblərinin qonaqlarla başabaş mübarizə apardığı faktdır. Təsadüfi deyil ki, "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov 61-ci dəqiqədə 4 əvəzləmə etməyi vacib sayaraq Kadi Borges, Leandro Andrade, Abdullah Zubir və Elvin Cəfərquliyevi meydana buraxdı. "Start 11-liy"in 4 futbolçusu oyuna qoşulandan sonra "Araz-Naxçıvan" daha çox müdafiənin qayğısına qalmalı olsa da, yekunda qələbə hesabını qorumağı bacardı.

Cavab oyununa "köhlən atlar"ın ilk matçdakından fərqli heyətlə çıxacağı bəlli həqiqətdir. Etiraf edək ki, "Qarabağ" rəqibindən daha güclü, daha potensiallı komandadır və ilk görüşdəki hesaba rəğmən, məhz ağdamlıların finala adlayacağını güman edənlərin sayı çoxdur. Başqa sözlə, gözlənilən budur, amma Muxtar Respublika komandası da proqnozları alt-üst etmək şansına malikdir.

“Araz-Naxçıvan” – “Qarabağ” 1:0 
Qol:
Felipe Santos, 28-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
VAR: Nicat İsmayıllı, Eyyub İbrahimov.
Hakim-inspektor: Anar Salmanov.
"Liv Bona Dea Arena"


"Bayquşlar" bir addım öndə 

İkinci yarımfinal cütünün mübarizəsini ölüm-dirim savaşı adlandırmaq yerinə düşər. Sona 8 tur qalmış Premyer Liqanın turnir cədvəlində 36 xalla 5-ci olan "Sabah"ın da avrokuboklara çempionatda tutacağı yer sayəsində yollanması çətin görünür, 32 xalla 6-cı yerdə qərarlaşan "Neftçi"nin də. "Neftçi Arena"dakı duelin gedişatını nəzərə alsaq, "ağ-qaralar" evdə rəqibindən üstün oyun sərgiləmədiyi bacarmadılar.

1:2 hesablı yenilgi öz yerində, görüşün 90+1-ci dəqiqəsində referi Əliyar Ağayevin "Sabah"ın lehinə vermədiyi penalti də var. AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerenin də oyundan sonra etiraf etdiyi kimi, Yuri Matias cərimə meydançasında Coy Lens Mikelsin ayağına zərbə endirdiyi halda, ədalət təmsilçisinin fiti susdu. Həmin epziod penalti kimi dəyərləndirilsəydi, qarşılaşma 1:3 hesabı ilə başa çatsaydı, "bayquşlar" finalın qapısını açmış sayılardılar. Əlbəttə, qonaq qismində qələbə qazanan "Sabah" indi də işin öhdəsindən 60 faiz gəlmiş hesab edilir. 

“Neftçi” – “Sabah” 1:2 
Qollar:
Yuri Matias, 22-pen - Azər Salahlı, 11-öz qapısına. Pavol Şafranko, 52.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.
VAR: Rauf Allahverdiyev, Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
"Neftçi Arena".

"Finalda "Qarabağ"la "Sabah"ın üz-üzə gəlmək ehtimalı daha inandırıcıdır"

Finalda hansı komandaların qarşılaşa biləcəyi barədə mütəxəssis rəyi öyrənməyi də vacib saydıq. "Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, AFFA-da Pro kateqoruyalı məşqçi kurslarının təlimatçısı qismində fəaliyyət göstərən Aslan Kərimovun dedikləri belə oldu:

"Əlbəttə, Azərbaycan Kubokunu hansı komandanın qazanacağını indidən dəqiq demək daha çox münəccimlik etmək cəhdi sayılar. Amma komandaların real potensialına baxsaq, "Qarabağ" hamısından üstündür. Ağdam təmsilçisi həm oyunçularının keyfiyyəti, həm təcrübəsi baxımından başqalarını üstələyir. Kuboku qazanmağa ən real namizədin "Qarabağ"dır. Yəni bütün hallarda, belə görünür. Hərçənd digər nüanslar da var. "Qarabağ" bu mövsüm ötənilki kimi oynamır. Keçən sezonda komandanın real gücünü görmək olurdu. "Araz-Naxçıvan"a qarşı keçirdikləri ilk görüşdə hər ikisinin qol imkanları oldu. Yəni şübhəsiz, müəyyən xırda nüanslar da nəzərə alınmalıdır. "Qarabağ" ötənilki kimi oynasaydı, daha dəqiq pronoz vermək olardı. Digər cütə gəlincə, oyundan öncə də "Sabah"ın bir qədər üstün göründüyünü demişdim. Məncə, finalda "Qarabağ"la "Sabah"la üz-üzə gəlmək ehtimalı daha inandırıcıdır. Bunu nəticəyə yox, komandaların real potensialına görə deyirəm. Digər tərəfdən təbii ki, birinci oyunlardakı nəticələr də az əhəmiyyət daşımır".   

Nihat Ağasoy 

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://fanat.az
archiveBu xəbər 04 Aprel 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri