Qarabağ Ovyedo ya yox dedi
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qarabağ"ın futbolçusu Joni Montieli transfer etmək istəyən klublardan biri müəyyənləşib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, İspaniyanın "Ovyedo" klubu 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Mənbənin bildirdiyinə əsasən, İspaniya təmsilçisi futbolçunun vəziyyətini öyrənmək məqsədilə "Qarabağ"a sorğu göndərib. Lakin Ağdam klubunun rəhbərliyi Montieli buraxmaq niyyətində olmadığını qarşı tərəfə açıq şəkildə çatdırıb.
Joni Montiel 2021/2022 mövsümündə "Ovyedo"nun formasını geyinib. İspan futbolçu üçün bu transfer reallaşacağı təqdirdə, keçmiş klubuna qayıdış anlamına gələcəkdi.
Qeyd edək ki, Montielin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Ağdam təmsilçisinin sözləşməni daha iki il uzatmaq hüququ da mövcuddur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 19 İyun 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















