“Qarabağ“ “Pafos“un qolkiperi üçün rəsmi təklif yollayıb
Icma.az, Moderator.az saytına istinadən bildirir.
"Qarabağ" Kiprin "Pafos" klubunun qolkiperi Cey Qorterin transferində maraqlıdır.
Moderator.az bildirir ki, Oxu.az "Voetbal International" nəşrinə istinadən xəbər verir ki, Cey Qorter tezliklə "Pafos"u tərk edə bilər.
25 yaşlı qapıçı ötən yay "Ayaks"dan Kipr klubuna transfer olunmuşdu. İndi isə onun "Pafos"la yollarını ayıracağı ehtimal edilir. Qapıçıya həm Azərbaycandan, həm də Niderland çempionatından ciddi maraq var.
Mənbənin məlumatına görə, "Qarabağ" "Pafos"un qapıçısı üçün artıq rəsmi təklif yollayıb. Lakin Qorter bu transferə o qədər də isti yanaşmır.
Qorter yaydan bəri bu mövsüm Çempionlar Liqasında da mübarizə aparan "Pafos"un şərəfini qoruyur. Sabiq "Ayaks"lı Kiprdə əsas heyətdə özünə yer etməyi bacarıb. Buna baxmayaraq, ayrılıq qaçılmaz görünür.
"Klub ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi üçün qapıçının gedişi ən məntiqi həll yolu kimi qiymətləndirilir", - deyə nəşr qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 05 May 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















