Icma.az
close
up
RU
Qarabağ probleminin yenidən gündəmə gəlməsi həm Azərbaycana, həm Ermənistana ziyan vuracaq Politoloq

Qarabağ probleminin yenidən gündəmə gəlməsi həm Azərbaycana, həm Ermənistana ziyan vuracaq Politoloq

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paşinyan Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtmasının qeyri-real və sülh üçün təhlükəli olduğunu deyib.

Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən politoloq Elçin Xalidbəyli bildirdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda kifayət qədər praqmatik mövqe sərgiləyir:

"O, başa düşür ki, Qarabağdan Ermənistana qayıtmış ermənilərin yenidən geri göndərilməsi yalnız Azərbaycana deyil, həm də Ermənistana ciddi problemlər yaradacaq. Çünki bu məsələ yenidən gündəmə gələ bilər. Paşinyan vurğulayır ki, Qarabağ problemi uzun illər Ermənistan dövlətçiliyinə və suverenliyinə qarşı istifadə olunub. Onun sözlərinə görə, bu layihə ilk növbədə Rusiyanın maraqlarına xidmət edib və separatizmin əsas mənbəyi olub. Hazırda problem aradan qalxdığı üçün həm Ermənistan, həm də Azərbaycan bundan xilas olub. Lakin ermənilərin geri qayıtması hər iki dövləti yenidən eyni risklərlə üz-üzə qoya bilər. Belə halda, Rusiyanın təsir imkanları artar və geri dönənlər vasitəsilə Azərbaycanda separatizmin canlandırılması ehtimalı yaranar. Bu isə Ermənistanı da təzyiq altında saxlaya bilər". 

Müsahibimiz qeyd etdi ki, Paşinyanın mövqeyinə görə, onilliklər boyu Ermənistanın inkişafına mane olmuş Qarabağ probleminin yenidən dirçəldilməsi rəsmi İrəvana heç bir halda sərfəli deyil:

"Hazırda ölkə blokadadan çıxmaq barədə düşünür və bunun üçün ilk növbədə Azərbaycanla yekun sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması vacibdir. Bu proseslərin uğurla davamı üçün yeni gərginliklərə yol verilməməlidir. Ekspertlərin fikrincə, həm Azərbaycan, həm də Ermənistan bundan sonra çalışmalıdır ki, iki dövlət arasında üçüncü tərəfin maraqlarına xidmət edən heç bir problem ortaya çıxmasın".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Avqust 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri