Icma.az
close
up
RU
Rusiya Qarabağdan könüllü çıxmış erməniləri həm Ermənistana, həm də Azərbaycana qarşı qaldırmaq istəyir

Rusiya Qarabağdan könüllü çıxmış erməniləri həm Ermənistana, həm də Azərbaycana qarşı qaldırmaq istəyir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Rossotrudniçestvo, Avrasiya QHT və Rusiya Humanitar Missiyası QHT ilə birlikdə Dağlıq Qarabağdan köçkün düşmüş ailələri dəstəkləmək üçün humanitar layihəni 2026-cı ilə qədər uzadıb. Belə ki, verilən açıqlamaya görə, Qarabağdan qaçqın düşmüş şəxslər hələ gələn il də yardım üçün müraciət edə biləcəklər.Ukrayna-Rusiya müharibəsi fonunda tətbiq edilən sanksiyalar səbəbilə onsuz da iqtisadiyyatı çökmüş olan Rusiya hansı məqsədlə “qaçqın” ermənilərin siyahısını tutsun ki?

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın Qarabağdan köçmüş ermənilərə belə yardımlarının iki əsas məqsədi var.

Turab Rzayev

“Birinci məsələ ondan ibarətdir ki, Rusiya onlardan Ermənistanın daxili siyasətinə qarşı istifadə etmək istəyir. Onların, məhz Qarabağdan kütləvi şəkildə çıxışı da Rusiya tərəfindən təşkil olunmuşdu. Azərbaycan tərəfi ermənilərə qalmağı təklif etsə də, onlar qalmaqdan imtina etdilər. Burada əsas məsələ ondan ibarət idi ki, onlar çalışırdılar ki, bu "qaçqın" dalğası ilə ölkədə sosial böhran yaransın, Ermənistanda Paşinyan hakimiyyətinə təzyiq göstərsinlər və onu devirsinlər. Nəzərə alsaq ki, bu insanlar müharibə görmüş, travmalı və silahlı insanlar idi. Bu səbəbdən də, Qarabağda yaşayan ermənilərin kütləvi şəkildə Ermənistana köçürülməsi Rusiya tərəfindən təşkil olunmuşdu. Bu gün həmin erməniləri bu yardım adı ilə siyahıya alıb, onlarla koordinasiyanı həyata keçirirlər. Onları bu yolla yenidən təşkilatlandırmaq istəyirlər. Daha sonra onları Azərbaycana qarşı olan yenidən istifadə etmək istəyirlər. Çünki Rusiya Qarabağ müharibəsindən sonra öz istədiklərini ala bilmədi.

Faktiki olaraq Azərbaycan indi Rusiyanın nəzarətindən kənardadır. Rusiyanın istədiyi kimi davranmır. Əksər hallarda sərbəst, müstəqil xarici siyasət həyata keçirir. Bu da Rusiyanın yenidən “Qarabağ ermənilərini hansı şəkildə Azərbaycana qarşı istifadə edə bilərəm” deyə əlavə strategiya qurmasına səbəb olur. Rusiya düşünür ki, həmin ermənilərdən ibarət təşkilati birlik yarada bilsə, gələcəkdə Azərbaycana qarşı Qarabağın “erməni icması” adından təzyiqlər həyata keçirə bilər”-deyən politoloq qeyd edib ki, bu şəkildə Azərbaycan hökumətinə və Azərbaycan xarici siyasətinə təzyiq imkanları əldə etməyə çıxmış olar. Beləliklə, Rusiyanın bu addımı iki tərəf - həm Ermənistan hakimiyyəti üzərində, həm də Azərbaycan hakimiyyəti üzərində - təzyiq qurmaq məqsədilə edilir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Dekabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see246

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see189

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see172

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see151

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see145

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri