Icma.az
close
up
RU
Qarabağ qazisi rəsmi qurumları İTTİHAM EDİR “YAŞAT” Fondundan reaksiya / FOTOLAR

Qarabağ qazisi rəsmi qurumları İTTİHAM EDİR “YAŞAT” Fondundan reaksiya / FOTOLAR

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Füzuli rayon sakini, 44 günlük Vətən Müharibəsi qazisi Quliyev Şahin Famiq oğlu tərəfindən “Hürriyyət” qəzetinin  redaksiyasına şikayət məktubu daxil olub. Rəsmi qurumlardan şikayət edən Şahin Quliyev deyir ki, onun Türkiyədə yenidən müalicə olunmasına şərait yaradılmır:

“Mən, Quliyev Şahin Famiq oğlu, Füzuli rayonu, N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə tankçı vəzifəsində olmuşam. 44 günlük Vətən Müharibəsinin 2-ci qrup qazisiyəm. Döyüşlərə tankçı, mexanik, sürücü olaraq qatılmışam.

2020-ci il, oktyabr ayının 20-də düşmən tərəfindən atılan atəş nəticəsində tankın içərisində diri-diri yanmışam. 4 ay Azərbaycanda xəstəxanalarda qalmışam. Vəziyyətim çox ağır olduğundan Türkiyəyə göndərilmişəm və 8 ay da orada müalicə olunmuşam.

Başım yanıb, qulaqlarım yoxdur. Qulağımın birinin pərdəsi partlayıb. Bədənimdə də yanıqlar var. 6-7 ay dəfələrlə bağırsaq əməliyyatı olunmuşam.

2021-ci ilin oktyabr ayının 14-də məni Türkiyədən Azərbaycana göndərdilər. 3-4 ay sonra yenidən qayıdıb əməliyyat olunacaqdım. Vaxt çatdıqda, dəfələrlə aidiyyəti qurumlara müraciət etdim. Lakin müsbət cavab ala bilmədim. “YAŞAT” Fondu bildirdi ki, vəsait yoxdur.

İcra başçısı da laqeyd yanaşır. Qəbul edəndə də yalan vədlər verdi.

Mən Vətənim üçün yarımcan olmuşam. Canımı vermişəm. Yendə də Vətənim üçün döyüşməyə hazıram.

Biz xəstəxanada olan zaman cənab Prezidentin özü şəxsən maraqlanıb və tapşırıq verib ki, qazilərin qeydinə qalınsın. Lakin bəzi qurumlar Prezidentin sözünü yerinə yetirmir.

Səhhətimlə bağlı səlahiyyətli qurumlardan kömək istəyirəm. Xahiş edirəm, müraciətimi cavabsız qoymasınlar”.

Məsələ ilə bağlı “YAŞAT” Fondunun İctimaiyyətlə əlaqələr şöbəsindən Hurriyyet.az saytına bildirdilər ki, Vətən müharibəsi əlili Quliyev Şahin Famiq oğlunun “YAŞAT” Fonduna məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə daxil olan müraciətinə əsasən 26 dekabr 2022-ci il tarixində bank hesabına 2500 AZN vəsait köçürülmüşdür:

“Eyni zamanda, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə vətəndaşın həm ölkə daxilində, həm də ölkə xaricində müalicəsi aparılmışdır ki, ümumilikdə 97 151 AZN məbləğində dəstək göstərilmişdir.

Vətəndaş 14.10.2021-ci il tarixində Türkiyə Respublikasından qayıtdıqdan sonra “YAŞAT” Fondunun 8110 Çağrı Mərkəzinə zəng edərək təkrarən müayinəyə getməsi barədə xarici həkim göstərişinin olduğunu və getmək istədiyini bildirmişdir. Araşdırma nəticəsində hər hansı bir həkim göstərişi olmadığı üçün vətəndaş yenidən müayinə üçün ölkə xaricinə göndərilməmişdir. Ölkə daxilində “Medera Hospital”ına müalicə üçün göndərilmiş Şahin Quliyev bu müalicədən imtina etmişdir.

Onun Fonda sonuncu müraciəti 02.06.2025-ci il tarixində olmuşdur. Müraciətində yenidən Türkiyə Respublikasına müalicə üçün getmək istədiyini bildirmişdir. Vətəndaşın “YAŞAT" Fondunun vəsaiti hesabına yaralıların müvafiq xarici dövlətdə müalicələrinin aparılması təqdim olunmuş həkim rəylərinə, ağırlıq dərəcəsinə və növbəlilik prinsipinə əsasən həyata keçirilməsi barədə müvafiq izah verilmişdir.

Azərbaycan Respublikasının Qanununa əsasən, bütün əhali sığorta olunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaq hüququna malikdirlər. Bu səbəblə də Fondun əhatə dairəsinə daxil olan şəxslərin də müalicə məsələləri ilə əlaqədar ərazi üzrə tibb müəssisəsinə müraciət etmələri tövsiyə olunur (Çağrı mərkəzi 1542). Fond tərəfindən yalnız İcbari Tibbi Sığorta çərçivəsində təmin olunmayan tibbi xidmətlər ilə (stomatoloji xidmətlər istisna olunmaqla) bağlı müraciətlərə baxılır.

Vətəndaş “YAŞAT” Fonduna dərman vasitələri ilə təminat və İTS-in xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlər üzrə müvafiq sənədlərini təqdim etməklə Fondun 8110 Çağrı Mərkəzi vasitəsilə, yaxud yashat.gov.az elektron portalı üzərindən müraciət edə bilər”.

Jalə FAMİLQIZI

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 İyun 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri