Qarabağ savaşı qurtarıb, amma 4 minə yaxın insanın taleyi hələ də bəlli deyil
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
"Birinci Qarabağ savaşında 4 minə qədər taleyi bəlli olmayan itkinimiz var, onların bir böyük bir hissəsinin taleyi ilə bağlı bu gün də bizdə məlumat yoxdur. Mən təklif edirəm ki, Avropa Birliyinə ünvanladığımız bəyanatda bu məsələni qeyd edək".
Redaktor.az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı Milli Məclisdə Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsinə münasibət bildirərkən dedi.
"Belə də bir təklif edək, tələb edək ki, madam ki, Avropa parlamenti üçün bu qədər insan hüquqları çox dəyərlidir, bir bəyanat da o insanlarla bağlı qəbul eləsin, onların taleyi ilə bağlı qəbul eləsin ki, artıq Qarabağ savaşı qurtarıb, amma 4 minə yaxın insanın taleyi hələ də bəlli deyil. Görək qəbul edəcəklərmi, əgər doğrudan da hüquq onlar üçün alidirsə", - deyə millət vəkili bildirdi.
Aminə ŞAHSUVARQIZI
Baxış sayı:91
Bu xəbər 19 Dekabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















