Icma.az
close
up
RU
“125 nömrəli avtobus yolunu dəyişdiyindən çox vaxtımız gedir, işə gecikirik”

“125 nömrəli avtobus yolunu dəyişdiyindən çox vaxtımız gedir, işə gecikirik”

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“28 May” metro stansiyasını Lökbatan qəsəbəsi ilə birləşdirən 125 nömrəli marşrut avtobusu bir müddətdir Lökbatan dairəsindən qəsəbəyə gələrkən yolunu dəyişərək “Abşeron” Ticarət Mərkəzi istiqamətinə gedir və oradan fırlanaraq Lökbatana daxil olur. Bu həm gəliş, həm də gediş zamanı baş verir. Lakin həmin ərazidə avtobuslara nə minən, nə də düşən olur. Hər dəfə təxminən 20 dəqiqəyə yaxın vaxtımız gedir”.

Bu şikayətlə “Qafqazinfo”ya vətəndaşlar müraciət ediblər.

Onların sözlərinə görə, dayanacaq olmadığı halda avtobusun “Abşeron” Ticarət Mərkəzindən keçməsi onların xeyli vaxt itirməsinə səbəb olur: “Əvvəllər “28 May” metro stansiyasına “Binə” Ticarət Mərkəzindən gedən avtobus hazırda ilk olaraq Abşerondan keçir, sonra “Sədərəy”in girişində saxlayır, ən sonda isə “Binə”dən keçir. Tələbələr universitetə, digər vətəndaşlar işə gecikir. 130 və 206 nömrəli marşrutlar başda olmaqla bir neçə avtobus yuxarı yolla hərəkət etməsi səbəbindən oradan keçir, ancaq 125-in istiqaməti aşağı yol olduğundan bizə sərf etmir. Lökbatana yaxın metro olmadığı üçün şəhərə getməli olan hər kəs 125-ə minməlidir”.

Məsələ ilə bağlı “BakuBus” MMC-yə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, 125 nömrəli müntəzəm marşrut xətti “28 May” m/st – Lökbatan qəsəbəsi istiqamətində hərəkət edir. Marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edir və xətt üzrə ümumilikdə 21 avtobus fəaliyyət göstərir: “Məlumat üçün bildiririk ki, sərnişinlərin “28 May” NMM-dən “Abşeron” Ticarət Mərkəzinə və əks istiqamətdə rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə marşrutun hərəkət istiqaməti həmin ərazidən keçməklə təşkil edilib.

Marşrutun hərəkət trayektoriyasına dayanacağın əlavə edilməsi sərnişinlər üçün nəqliyyat əlçatanlığının artırılması və o istiqamətdə sərnişin gedişlərinin təmin olunmasına xidmət edir”.

Fatimə Şahverdiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Fevral 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see354

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see202

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see191

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see169

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see142

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri