Icma.az
close
up
RU
X sosial şəbəkəsinin təmsilçiləri Fransadakı ofislərində aparılan axtarışın əsassız olduğunu bildiriblər

X sosial şəbəkəsinin təmsilçiləri Fransadakı ofislərində aparılan axtarışın əsassız olduğunu bildiriblər

Icma.az, Azertag saytına istinadən bildirir.

Paris, 4 fevral, AZƏRTAC

X sosial şəbəkəsinin təmsilçiləri Fransadakı ofislərində aparılan axtarışı kəskin tənqid edərək, ittihamları əsassız adlandırıb və təzyiqlərə boyun əyməyəcəklərini açıqlayıblar

AZƏRTAC xəbər verir ki, platformanın Amerika Birləşmiş Ştatlarından (ABŞ) yayımladığı açıqlamada bildirilib ki, bu axtarışa səbəb olan iddialar əsassızdır və X hər hansı qanun pozuntusu törətməsini qəti şəkildə rədd edir.

Şirkət Paris Prokurorluğunu da tənqid edərək bildirib ki, prokurorluq bu tədbiri geniş mediada işıqlandırmaqla onun siyasi motivli, qeyri-qanuni məqsədlərə xidmət edən sui-istifadə xarakterli məhkəmə addımı olduğunu nümayiş etdirib.

Açıqlamada vurğulanıb ki, Paris Prokurorluğu ABŞ-dakı X rəhbərliyinə təzyiq göstərməyə çalışır. Bu məqsədlə istintaqa aidiyyəti olmayan Fransa qurumunu və onun əməkdaşlarını hədəfə alır. Bu yanaşma isə sübutların toplanması üçün beynəlxalq müqavilələrdə nəzərdə tutulan prosedur mexanizmlərinə və şirkətin müdafiə hüququna hörmətsizlikdir.

Həmçinin bildirilib ki, Elon Mask və Linda Yakkarino bu il aprelin 20-də ifadə vermək üçün çağırılıblar. “Bu nümayişkaranə addımlar istintaqın Fransa hüququnu pozduğuna, prosedurdan sui-istifadə olunduğuna və ifadə azadlığına zərbə vurduğuna dair inamımızı daha da gücləndirir”, – deyə platforma qeyd edib və fundamental hüquqlarını, eləcə də istifadəçilərinin hüquqlarını qorumaqda qətiyyətli olduğunu bildirib.

Açıqlama belə yekunlaşdırılıb: “Fransa məhkəmə orqanlarının bu gün həyata keçirdiyi tədbirlərlə bizi qorxutmaq mümkün olmayacaq”

Xatırladaq ki, X-in Fransadakı ofislərində fevralın 3-də axtarış aparılıb. Bu addım Paris Prokurorluğunun kibercinayətkarlıqla mübarizə bölməsi tərəfindən ötən il açılmış istintaq çərçivəsində atılıb. İstintaq 2025-ci il yanvarın 12-də daxil olan iki şikayətdən sonra başlanıb və X-in süni intellekt sistemi olan “Grok”un fəaliyyəti ilə bağlıdır. Sözügedən sistemin inkarçılıq xarakterli məzmunlar və cinsi xarakterli “deepfake” videolar yaymaqda şübhəli bilindiyi, bu materialların bəzilərində qadınların və azyaşlıların yer aldığı iddia olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see354

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see202

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see191

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see169

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see142

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri