Icma.az
close
up
RU
“Qarabağ” son sözünü deməyib

“Qarabağ” son sözünü deməyib

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk sınağını uğurla başa vura bilmədi.
Qurban Qurbanovun komandası Polşada keçirilən qarşılaşmada Ukraynanın "Dinamo" (Kiyev) klubuna minimal hesabla məğlub oldu - 0:1. Nəticə arzuolunan olmasa da, bu cütün taleyi hələ qətiyyən həll edilməyib. Qarşıda Bakıda keçiriləcək daha bir 90 dəqiqə var.
İlk oyunda diqqət çəkən əsas məqamlardan biri "Qarabağ"ın ötən mövsümdəki vizyonundan uzaq olmasıdır. Son illərdə Avropada öz oyun üslubu, sürətli hücumları və oturuşmuş sistemi ilə seçilən komanda bu dəfə həmin inamı tam əks etdirə bilmədi. Meydanda əvvəlki "Qarabağ"ın ritmi və axıcılığı hiss olunmurdu.
Bunun da obyektiv səbəbləri var. Yay fasiləsində komanda ciddi dəyişikliklər yaşadı. Uzun illər "Qarabağ"ın uğurlarında mühüm pay sahibi olmuş bir sıra futbolçular klubu tərk etdi. Onların əvəzində heyətə yeni oyunçular cəlb olundu. Lakin yeni transferlərin qısa müddətdə həm kollektivə, həm də Qurban Qurbanovun tələbkar oyun modelinə tam uyğunlaşması asan məsələ deyil. Belə keçid dövrləri böyük komandaların hamısında yaşanır.
Statistikaya nəzər saldıqda maraqlı mənzərə ortaya çıxır. Topa sahibolmada üstünlük "Qarabağ"ın tərəfində idi. Azərbaycan çempionu oyunun 61 faizində topa nəzarət etdi. Ancaq futbol yalnız bu göstəricidən ibarət deyil. Əsas olan üstünlüyü real qol epizodlarına və nəticəyə çevirməkdir. Məhz bu baxımdan "Qarabağ" istədiyini edə bilmədi. Hücumların böyük hissəsi son ötürmələrdə və ya son zərbələrdə yarımçıq qaldı.
Digər tərəfdən, bu "Dinamo"nun da əvvəlki illərin qüdrətli komandası olmadığını demək olar. Kiyev təmsilçisi son dövrlərdə heç də yaxşı günlərini yaşamır və əvvəlki əzəmətindən uzaq düşüb. Elə buna görə də ilk oyunda "Qarabağ"ın daha cəsarətli çıxış edəcəyini gözləyənlər az deyildi. Bəzi məqamlarda elə təsəvvür yaranırdı ki, komanda daha çox rəqibin adına qarşı oynayır, onun meydandakı oyununa yox.
Bununla belə, ümidsiz olmaq üçün əsas yoxdur. Minimal hesablı məğlubiyyət geri dönüşü mümkünsüz etmir. Əksinə, bir top fərqi "Qarabağ" kimi Avropa təcrübəsi olan komanda üçün aradan qaldırıla biləcək nəticədir. Qurban Qurbanovun yetirmələri illərdir avrokuboklarda çətin vəziyyətlərdən çıxmağı bacardıqlarını dəfələrlə sübut ediblər.
Əlbəttə, cavab görüşündə müəyyən problemlər də olacaq. Cebrail Makreçkis qırmızı vərəqə səbəbindən komandasına kömək edə bilməyəcək. Hücum xəttinin əsas isimlərindən olan Zakariya Savo da zədə səbəbindən qeyri-müəyyən vəziyyətdədir. Bu itkilər məşqçi heyətini müəyyən dəyişikliklər etməyə məcbur edəcək.
Amma bütün bunlara baxmayaraq, "Qarabağ"ın əsas məqsədi dəyişmir. Bu komandanın potensialı "Dinamo"nu mübarizədən kənarlaşdırmağa kifayət edir. Bunun üçün ilk oyundakı çatışmazlıqlar aradan qaldırılmalı, hücumlarda daha sürətli və daha məhsuldar futbol nümayiş etdirilməlidir.
Bakıda tamamilə fərqli "Qarabağ" görmək mümkündür. Doğma meydan, azarkeş dəstəyi və belə oyunlarda formalaşmış böyük təcrübə Azərbaycanın vitse-çempionunun ən böyük üstünlükləridir. Bu komanda indiyədək dəfələrlə sübut edib ki, ən vacib məqamlarda xarakter nümayiş etdirməyi bacarır.
İndi hər şey cavab görüşündən asılıdır. "Qarabağ" bu dəfə meydanda əsl gücünü göstərməli və növbəti mərhələyə yüksəlmək üçün əlindən gələni etməlidir. Bu potensial bu komandada var və futbolsevərlər də məhz bunu gözləyirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://sport24.az
archiveBu xəbər 07 Avqust 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri