Icma.az
close
up
RU
Qarabağ suvarma kanalının yenidən qurulması üzrə İşçi qrupunun növbəti onlayn iclası keçirildi Fotolar

Qarabağ suvarma kanalının yenidən qurulması üzrə İşçi qrupunun növbəti onlayn iclası keçirildi Fotolar

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

 “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı yaradılmış İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən verilən məlumata görə, iclasda İşçi qrupunun rəhbəri Rafiq Aslanov çıxış edərək bildirib ki, ölkənin ən böyük magistral suvarma kanalı olan Qarabağ suvarma kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun ümumilikdə 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə, yaşayış məntəqələrini isə məişət suyu ilə təmin edir.

O, həmçinin Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürülməsi hesabına müvafiq əkin sahələrinin su təminatına dəstək göstərildiyini, lakin, kanal torpaq məcralı olduğundan, onun istismarında çətinliklər yaranması ilə yanaşı, həm də ildə təxminən 300 milyon m³ su itkisi yaranması səbəbindən vegetasiya dövründə su təminatının ödənilməsində müəyyən çətinliklər yarandığını bildirib.

O, həmçinin, Sərəncamın icrası çərçivəsində Qarabağ suvarma kanalının yenidən qurulmasının podratçı təşkilatlar tərəfindən uğurla icra olunduğunu, icra prosesində yaranan məsələlərin İşçi qrupunun üzvləri ilə birgə operativ şəkildə həll edildiyini diqqətə çatdıraraq, kanalın yenidən qurulması üzrə layihə-smeta sənədlərinin yekunlaşdıraraq, onun tikintisinin həyata keçirilməsinin zəruriliyini bildirib. 

Daha sonra Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan layihə institutu və layihəyə cəlb edilmiş PROYAPI və TEMELSU şirkətlərinin mütəxəssisləri tərəfindən birgə hazırlanmış layihə sənədlərinin cari vəziyyəti barədə təqdimat keçirilib. Təqdimatda Qarabağ suvarma kanalının 26 km-lik 1-ci hissəsinin layihə-smeta sənədlərinin yekunlaşmaq üzrə olduğu bildirilərək, Qarabağ, Mil və Muğan düzlərində aqrar-sənaye komplekslərinin inkişaf perspektivləri nəzərə alınmaqla layihənin mümkün variantlarının araşdırılmasının tamamlandığı vurğulanıb.

İşçi qrupunda Dövlət Su Ehtiyatları Agentliyi ilə yanaşı təmsil olunan Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mingəçevir və Yevlax şəhərlərinin, eləcə də Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Beyləqan və İmişli rayonlarının icra hakimiyyətlərinin nümayəndələri də iclasda çıxış edərək layihənin vaxtında və peşəkar şəkildə hazırlandığını bildirərək öz rəy və təkliflərini səsləndiriblər.

Sonda İşçi qrupunun rəhbəri qeyd edib ki, Qarabağ suvarma kanalının birinci mərhələsi, yəni 26 kilometrlik hissənin bu ilin birinci yarısında yekunlaşdırılması və aidiyyəti qurumlardan müvafiq rəylərin alınması nəzərdə tutulmuşdur. Ümumilikdə Qarabağ suvarma kanalının layihə-smeta sənədlərinin ilin sonunadək tam başa çatdırılması planlaşdırılır. Birinci mərhələ üzrə tikinti işlərinə isə 2026-cı ilin ikinci yarısında başlanılması nəzərdə tutulur. Tikintinin başa çatdırılması ilə kanalın xidmət göstərdiyi ərazilərdə su təminatının yaxşılaşdırılması ilə yanaşı, həm də ətraf ərazilərin ekoloji və meliorativ vəziyyətinə də müsbət təsir göstəriləcək.






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:30
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Fevral 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see342

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see331

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see223

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see199

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see194

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see192

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see182

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see175

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see137

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri