Icma.az
close
up
RU
Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı növbəti onlayn iclas Fotolar

Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı növbəti onlayn iclas Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qarabağ suvarma kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılma və layihə-smeta sənədlərinin hazırlanması üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun müvafiq əmri ilə yaradılmış İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, iclasda çıxış edən İşçi qrupun rəhbəri Rafiq Aslanov Qarabağ suvarma kanalının normal su sərfinin 113 m³/san-dən 135 m³/san-dək artırılması, eləcə də torpaq məcralı kanalın beton üzlükdə yenidən qurulması ilə təqribən 300 milyon m³ su itkinin azaldılması hesabına suvarılan əkin sahəsini 115 min hektardan 166 min hektara qədər artırılacağını bildirib.

O, eyni zamanda bildirib ki, kanalın 106-cı km-dən sonra trassasının dəyişdirilməsi ilə Beyləqan və Ağcabədi rayonlarının Yeni Xanqızı kanalından suvarılan təxminən 20 min hektar ərazilərinin də su təminatının yaxşılaşdırılmasına öz töhvəsini verəcək.

Daha sonra, ADSEA tabeliyində olan layihə institutu və layihəyə cəlb edilmiş PROYAPI və TEMELSU şirkətlərinin mütəxəssisləri tərəfindən birgə hazırlanmış Qarabağ suvarma kanalının yenidən qurulmasının TİƏ və layihə sənədlərinin cari vəziyyəti barəsində təqdimatı keçirilib.

Təqdimatda layihənin hazırkı vəziyyəti və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barəsində İşçi qrupunun üzvlərinə ətraflı məlumat verilib. 

İclas zamanı, həmçinin, işçi qrupunda təmsil olan müvafiq mərkəzi icra hakimikyyəti orqanların, eləcə də kanalın keçdiyi inzibati ərazilərin şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri layihənin vaxtında və peşəkar formada hazırlandığını bildirərək, fikir və təkliflərini səsləndiriliblər. 

Sonda işçi qrupunun rəhbəri qeyd edib ki, Qarabağ suvarma kanalının layihə-smeta sənədlərinin hazırlanması 2026-cı ilin birinci yarısında tamamlanacaq. Layihənin icrasına və tikinti işlərinə başlanılması nəticəsində kanalın xidmət göstərdiyi ərazilərdə su təminatının yaxşılaşdırılması ilə yanaşı, ətraf ərazilərin ekoloji və meliorativ vəziyyətinə də müsbət təsir göstəriləcək.

Qeyd edək ki, Qarabağ suvarma kanalının yenidən qurulması layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli, 85 nömrəli Sərəncam əsasında həyata keçirilir.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see297

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see262

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see176

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see174

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see160

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see143

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see139

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see137

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see137

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see133

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see131

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see129

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see129

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see127

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see127

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see127

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see126

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see126

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see125

“Kristal Abşeron 2”dən yanğın, 2 nəfər xəsarət aldı

13 Dekabr 2025 01:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri