Icma.az
close
up
RU
“Qarabağ” üçün bir daşla iki quş: ilk “24 lük” xəyalı və intiqam!

“Qarabağ” üçün bir daşla iki quş: ilk “24 lük” xəyalı və intiqam!

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Düzdü, hələ Çempionlar Liqasındakı matçlar arasında ayrı-seçkilik edəcək qədər böyük deyilik. Lakin əminliklə deyə bilərik ki, “Qarabağ” bu gün cari mövsümün liqa mərhələsində ən vacib oyuna çıxacaq.

"Football-plus.az" xəbər verir ki, rəqib “Ayaks”dı. 6-cı turun oyunu “köhlən atlar”ın bu mərhələni ilk “24-lük”də bitirmək şansını artırmaq baxımından çox önəmlidi. Bu görüşdə heç-heçə bizi heç cür qane edə, razı sala bilməz. Çünki Allah uzaq eləsin, xal itirəcəyimiz təqdirdə ilk “24-lük” xəyalı qura bilmək üçün möcüzəyə ehtiyac duymaqdan başqa çarə qalmayacaq. Odu ki, “Qarabağ”ı 30 mindən çox azarkeş stadiondan (düzdü, klub matç üçün 27650 bilet satıldığını açıqlayıb, lakin bu sayın 30 mini keçəcəyinə şübhə etmirik), milyonlarla tərəfdar isə İctimai televiziyanın canlı efirindən dəstəkləməyə borcludu!
Çempionlar Liqası
liqa mərhələsi, 6-cı tur
Qarabağ – Ayaks (Niderland)

Hakimlər: RADE OBRENOVİÇ, Yure Praprotnik, Qreca Kordez, Mateo Tozan (hamısı Sloveniya).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21.45.
Təbii ki, “Qarabağ” meydana qələbə qazanmaq məqsədilə çıxacaq. Bəli, indiyə qədər də belə idi. “Köhlən atlar” ilk 5 turda da rəqiblərin kimliyindən asılı olmayaraq öz oyun planına sadiq qalıb: dominant futbol oynamaqla qarşı tərəfi büdrətməyin yollarını axtarıb. Gah bunun yolunu tapıb və hər şeyə rəğmən, istədiyini qoparıb, gah da səviyyə fərqinin özünü göstərməsinə mane ola bilməyib. Ancaq bu dəfə qələbədən başqa nəticə tanımaq olmaz. Əlbəttə, rəqibin Niderland nəhəngi olması hamıya, eləcə də bizə bəllidi. Sadəcə, sabah bu amili diqqətdən kənarda saxlamaq, Azərbaycan nəhənginin daha güclü olduğunu sübuta yetirmək lazımdı!
“Qarabağ”dan qələbə gözləyirik. Bu, təkcə quru ümid deyil. Yuxarıda da vurğuladığımız kimi “köhlən atlar” sabah təkcə stadionda 30 mindən çox azarkeşin sevgisini, dəstəyini hiss edəcək. Sabah “doğma divarlar” “Qrabağ”a yardımçı olacaq. Heyətdə nə zədəli var, nə də cəzalı. Düzdü, Mateus Silva ilə Kevin Medina sarı vərəqə limitində olduğundan bu matçda rəsmi xəbərdarlıqla üzləşsə, növbəti – “Ayntraxt”a qarşı oyunu buraxmalı olacaq. Ancaq bu, başqa söhbətin mövzusudu. İndi qələbə üçün çarpışmaq lazımdı. Azı ona görə ki, “Ayaks”ın futbolçuları, dəqiq desək, 23 yaşlı yarımmüdafiəçi Kennet Teylor və 33 yaşlı Vut Veqhorst – o, komandanın aparıcı hücumçusudu – zədəlidi və “köhlən atlar”la matçı buraxmaq ehtimalları yüksəkdi. Maraq üçün xatırladaq ki, bu komandalar ötən mövsüm Avropa Liqasının liqa mərhələsinin 3-cü turunda da Bakıda üz-üzə gəlmiş, 3:0 hesablı qələbə qazanan qonaqların qollarından ikisini məhz Teylorla Veqhorst vurmuşdu.
Rəqiblə bağlı digər detallara gəlincə, mövsümün əvvəlindən bəri həm ölkə çempionatında, həm də Çempionlar Liqasında uğursuzluqlarla üzləşən “Ayaks” son iki matçda bir qədər toparlanıb. Komanda Niderland çempionatının 14-cü turunda “Qroningen”i (2:0), 15-ci turunda isə “Fortuna”nı (3:1) məğlub edib. Hazırda 26 xalla 4-cü pillədə qərarlaşan “yəhudilər” lider PSV-dən 14 xal geridədi. “Transfermarkt” dəyəri 175 milyon avro olan “Ayaks”ın avrokuboklarda üzləşdiyi çətinlik də göz önündədi. “Yəhudilər” ilk 5 matçın hamısında uduzub! Evdə “İnter” (0:2), “Qalatasaray” (0:3) və “Benfika”ya (0:2) məğlub olan “ağ-qırmızılar” “Marsel” (0:4) və “Çelsi”nin (1:5) meydanından üzgün qayıdıb. İndi tilsimi qırmaq məqsədilə Bakıya ayaq qoyan “Ayaks”ı əli ətəyindən uzun qaytarmaq lazımdı!
Yeri gəlmişkən, oyunöncəsi mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtı məlumdu. Belə ki, Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı bu gün saat 17.45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Saat 18.15-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. Qonaqların media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) 14.00-da “Neftçi” Futbol Mərkəzində, ötən ay baş məşqçi vəzifəsinə təyin olunan Fred Qrimin mətbuat konfransı isə 16.15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bu arada “Qarabağ” azarkeşləri stadiona erkən gəlməyə çağırır. Bu, stadiona rahat daxil olmağa, sıxlıqdan yayınmağa və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək. Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq.
Uğurlar, “Qarabağ”!
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Dekabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri