Icma.az
close
up
RU
Qarabağ Universiteti İrsimizdən ilham alıb gələcəyi birlikdə qururuq! Video

Qarabağ Universiteti İrsimizdən ilham alıb gələcəyi birlikdə qururuq! Video

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2024-cü ildə ilk tədris ilinə 6 fakültə, 27 ixtisas proqramı və 1154 tələbə ilə başlayan Qarabağ Universiteti bu gün 9 fakültədə 49 ixtisas üzrə təhsil imkanları təqdim edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qarabağ Universiteti mühəndislik, biznes və iqtisadiyyat, tibb və sağlamlıq elmləri, riyaziyyat və kompüter elmləri, pedaqogika, təbiət elmləri, humanitar və sosial elmlər, incəsənət istiqamətləri üzrə kadr hazırlığı həyata keçirir.

Beynəlxalq standartlara cavab verən infrastruktur, o cümlədən müasir auditoriya və laboratoriyalar, zəngin kitabxana və elmi-tədqiqat məkanları tələbələrin öyrəndiyi, araşdırdığı, yaratdığı və yeni ideyaları həyata keçirdiyi canlı akademik mühit formalaşdırır.

Burada yalnız dövlət sifarişi əsasında qəbul həyata keçirilir. Tələbələrin keyfiyyətli təhsil alması və müasir universitet kampusunun təqdim etdiyi imkanlardan yararlana bilməsi üçün hərtərəfli şərait yaradılıb. Bütün tələbələr üçün yataqxana və kommunal xidmətlərin xərcləri dövlət tərəfindən qarşılanır.

Amma Qarabağ Universitetinin hekayəsi bununla bitmir. Universitet böyüyür, onun imkanları və coğrafiyası genişlənir.

Xankəndidə Mühəndislik, Riyaziyyat və kompüter elmləri, Təbiət elmləri, Sosial elmlər və hüquq, Şuşada İncəsənət, Xocalıda Kənd Təsərrüfatı fakültələri üçün yeni binaların inşası Qarabağda böyük bir təhsil ekosisteminin formalaşmasına xidmət edəcək.

Universitetin Klinikası ilə birgə Tibb və sağlamlıq fakültəsi isə təhsil, elmi tədqiqat və müasir tibbi xidmətin bir araya gəldiyi akademik-kliniki mərkəzdir. Burada gələcəyin həkimləri nəzəri biliklərini real klinik mühitdə möhkəmləndirir və praktiki bacarıqlar qazanırlar.

Qarabağ Universitetində təhsil auditoriya ilə məhdudlaşmır. Təcrübə proqramları, istehsalat təcrübəsi və tətbiqyönümlü öyrənmə tələbələrə biliklərini real iş mühitində sınamaq, tərəfdaşlarla əməkdaşlıq isə gələcək karyeralarına hazırlaşmaq imkanı verir. Çünki məqsəd yalnız məzun yetişdirmək deyil. Məqsəd Qarabağın və Azərbaycanın gələcəyini quracaq yeni nəsil yetişdirməkdir.

Bu gün Qarabağ Universiteti sürətlə böyüyür. Sabah burada yeni ixtisaslar, yeni elmi araşdırmalar, daha geniş akademik imkanlar və yeni uğur hekayələri yaranacaq.

O gələcəyin bir parçası olmaq istəyirsənsə, Qarabağ Universitetini seç. Öyrən, yarat, yenidən qur.

Ətraflı məlumat üçün: qu.edu.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Avqust 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri