Icma.az
close
up
RU
Qarabağ Universitetində ingilis və rus bölmələri niyə açılmır?

Qarabağ Universitetində ingilis və rus bölmələri niyə açılmır?

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-2026-cı tədris ilində Qarabağ Universitetində ingilis və rus bölmələri üzrə tələbə qəbulu nəzərdə tutulmur. Beynəlxalq dillərdə tədrisin təşkil olunmaması universitetin beynəlxalqlaşma prosesini bir qədər geri salır.  

Qarabağ Universiteti beynəlxalq tələbə axınını təşviq etmək əvəzinə, niyə qapılarını beynəlxalq dillərdə təhsil almaq istəyən gənclərə hələlik bağlı saxlayır?

Redaktor.az azedu.az-a istinadən xəbər verir ki, təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, Qarabağ Universiteti beynəlxalq səviyyəli bir universitet olmağı hədəfləyir:

"Təbii ki, bu hədəfdə beynəlmiləlləşmə və beynəlxalq dillərin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Qarabağ Universiteti ötən il bu istiqamətdə kifayət qədər ciddi addımlar atdı. Universitetdə yüksək keyfiyyətli ingilis dili hazırlıq mərkəzi fəaliyyət göstərir. Bu mərkəz, digər universitetlərdən fərqli olaraq daha güclü müəllim heyətinə malikdir.

Yəni, bir növ ADA Universiteti və Bakı Ali Neft Məktəbi kimi universitetlərdə olduğu kimi, Qarabağ Universitetində də “foundation” adlandırılan hazırlıq mərkəzi fəaliyyət göstərir. Bu “foundation” dərsləri ingilis dilində tədris olunur və məqsəd ondan ibarətdir ki, gələcəkdə bəzi ixtisas fənləri də ingilis dilində keçilsin". 

Təhsil dili ingilis olduqda, abituriyentlər ingilis dili fənnindən minimum 40% nəticə göstərməlidirlər ki, bu, yerlərin boş qalmasına səbəb ola bilər.

"Ona görə mən düşünmürəm ki, Qarabağ Universitetində ingilis dilli tədrisə keçidə hər hansı ciddi maneə olacaq. Sadəcə olaraq, təhsil dili ingilis dili olduğu zaman abituriyentlər Dövlət İmtahan Mərkəzinin imtahanlarında ingilis dili fənnindən ən azı 40% nəticə göstərməlidirlər. Bu isə seçim zamanı bəzi yerlərin boş qalmasına səbəb ola bilər. Buna görə də hazırda tədris dili Azərbaycan dilində saxlanılır. Lakin yüksək keyfiyyətli ingilis dili dərsləri və ixtisas fənlərinin bir hissəsinin ingilis dilində tədrisi ilə, məzunların gələcəkdə bu dildə sərbəst təhsil alacaq və fəaliyyət göstərəcək səviyyəyə çatması hədəflənir.

Rus dilində təhsilə gəldikdə isə, ötən il də Qarabağ Universitetində rus dilində tədris mövcud deyildi. Bunun əsas səbəblərindən biri də odur ki, bu sahədə ixtisaslı müəllim tapmaq çətindir. Azərbaycandakı rusdilli orta məktəblərdə də xüsusilə ixtisas fənləri üzrə müəllim çatışmazlığı müşahidə olunur və bu problem universitetlərdə də mövcuddur. Yəni, rus dilində elmi dərəcəsi olan, akademik fəaliyyət göstərə biləcək mütəxəssislərin sayı kifayət qədər deyil".

Tədris hələ ingiliscə aparılmasa da, gələcəkdə ikili diplom və ixtisasların ingilis dilində tədrisi planlaşdırılır:

"Bizdə daha çox gənclər xaricdə təhsil proqramları vasitəsilə ingilisdilli ölkələrdə, dünyanın qabaqcıl universitetlərində təhsil almağa üstünlük verirlər. Bu da vəziyyəti başa düşülən edir. Amma bu, narahatlıq doğuracaq bir hal deyil, çünki Qarabağ Universitetində tədrisin ingilis dilində aparılmasada və tələbələrin bu dili mükəmməl səviyyədə mənimsəməsi, gələcəkdə ikili diplom proqramlarının və bəzi ixtisasların tam ingilis dilində tədrisi nəzərdə tutulur",- deyə Elçin Süleymanov vurğuladı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Avqust 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri