Icma.az
close
up
RU
Qarabağ Universitetinin irəliyə daha bir mühüm addımı

Qarabağ Universitetinin irəliyə daha bir mühüm addımı

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Növbəti tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq. Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan kompetensiyaya əsaslı 6 illik Tibb (müalicə işi) və 4 illik Tibb bacısı (qardaşı) proqramlarının tədrisi həyata keçiriləcək. Tibb və sağlamlıq elmləri fakültəsində Tibb (müalicə işi) üzrə 70, Tibb bacısı (qardaşı) istiqaməti üzrə isə 30 plan yeri üzrə tələbə qəbulu aparılacaq.

Fakültədə tətbiq ediləcək müasir təhsil modeli tələbələrin nəzəri biliklərini praktik vərdişlərə çevirməyə imkan yaradacaq. Eyni zamanda, inteqrə olunmuş və fənlərarası təhsil modeli vasitəsilə multidissiplinar yanaşmanın inkişafına yönələcək. Bundan əlavə, tələbələrə tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün də müxtəlif imkanlar təqdim olunacaq.

Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin əsas üstünlükləri - pasiyentmərkəzli yanaşma - yalnız müalicə etməyi deyil, insanı anlamağı öyrədən proqramlar, multidissiplinar təhsil - tibb, ictimai sağlamlıq, qidalanma və digər sahələrin inteqrasiyası, ən müasir tibbi texnologiyalar və innovativ tədris metodları, Qarabağ Universitetinin Klinikasında təcrübə və müasir Simulyasiya Mərkəzinin olmasıdır. Fakültənin fərqli xüsusiyyətlərindən biri isə seçmə fənn olaraq incəsənət proqramının tədris planına daxil edilməsidir. İncəsənət, tələbələrin özünüifadə, qrup daxilində əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu yanaşma tələbələrə əsas fənlərdə əldə edə bilməyəcəkləri yaradıcı və sosial bacarıqları qazanmaq üçün əlavə imkanlar təqdim edir.

Əməkdar müəllim Sona Əliyevanın sözlərinə görə, Qarabağ Universitetinə marağın artması da gözləniləndir: "Məlumdur ki, 2024-2025-ci tədris ili Qarabağ Universitetinin fəaliyyətə başladığı ilk ildir və artıq bu mərhələ özü-özlüyündə tarixi əhəmiyyət daşıyır. Abituriyentlər tərəfindən göstərilən maraq isə onu göstərir ki, təkcə bir universitet açılmır - yeni bir yanaşma, yeni bir mərhələ başlayır. Çünki burada söhbət sadəcə təhsildən getmir. Qarabağda həyatın bərpası, gələcəyin qurulması və bu torpaqlarda yenidən canlanmanın baş verməsi prosesindən gedir. Bu gün gənclərimiz təkcə diplom almaq üçün yox, həm də ölkənin gələcəyinə töhfə vermək üçün seçim edirlər. Qarabağ Universitetinə daxil olmaq bir çox abituriyent üçün həm vətənə bağlılıq göstəricisidir, həm də yeni imkanlar axtarışıdır. Bura getmək - təkcə oxumağa yox, eyni zamanda bir missiyaya qoşulmaqdır. Bu universitetin gələcəyi ilə bağlı nikbin baxışlar üçün kifayət qədər əsaslar var. Əgər burada müasir təhsil yanaşmaları tətbiq olunsa, peşəkar kadrlar cəlb edilsə, beynəlxalq əməkdaşlıq genişlənsə və tələbəyə yönəlik real bir mühit qurulsa, Qarabağ Universiteti yaxın illərdə təkcə bölgənin deyil, ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından birinə çevrilə bilər. Qarabağ Universitetinin uğuru yalnız təhsillə ölçülməyəcək. Bu uğur həm də qayıdışın, quruculuğun, dirçəlişin göstəricisi olacaq. Bəlkə də illər sonra bu universitetin məzunları ölkənin müxtəlif sahələrində mühüm rol oynayan, "Mən Qarabağ Universitetində oxumuşam" deməklə qürur duyan şəxslər olacaq. Elə buna görə də bu prosesə sadəcə bir layihə kimi yox, gələcəyin təməli kimi baxmaq lazımdır".

Millət vəkili Müşfiq Məmmədli bildirib ki, Qarabağ Universitetində tibb fakültəsinin yaradılması çox mühüm addımdır: "Gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun yüksək perspektivlərini nəzərə alsaq və böyük infrastukturun qurulması, "Böyük Qayıdış" proqramının uğurla yerinə yetirilməsi üçün bu, çox önəmlidir. Təkcə Qarabağ və Şərqi Zəngəzur deyil, ətraf bölgələrdə də əhalinin artım tempini nəzərə aldıqda bu, kifayət qədər uğurlu bir addımdır. Təhsilin yeni çağırışlara cavab verməsi baxımından bu, çox önəmlidir. Xüsusən ailə həkimliyi modelinin önəm kəsb etməsi baxımından bu ixtisaslara daha çox diqqət yetirilməsi, səhiyyə menecmenti sahəsində irəli addımların atılması, hazırda dar ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsi baxımından universitetin bu istiqamətdə fəaliyyət göstərməsi çox önəmlidir. Almaniyanın, Avropanın və Türkiyənin aparıcı tibb müəssisələri ilə qarşılıqlı faəliyyətin göstərən, yaxud ikili diplom verən müəssisə olması gələcək strateji addımlardan biri ola bilər".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun dediyinə görə, Qarabağ Universitetində tibbi kadr hazırlığına başlanılması, yalnız bir ali təhsil layihəsi deyil, həm də regionun sosial və səhiyyə infrastrukturunun dirçəlişi baxımından strateji əhəmiyyət daşıyır. Yerində hazırlanan tibbi kadrlar, həm bölgənin tələbatına uyğunlaşacaq, həm də uzunmüddətli perspektivdə müstəqil və dayanıqlı səhiyyə sistemi formalaşdıracaq: "Azərbaycanın səhiyyə sistemində regional bərabərsizliyin azaldılması üçün Qarabağda tibb təhsilinin təşkili çox vacibdir. Regionda doğulan və təhsil alan kadrların burada işləməsi ehtimalı daha yüksəkdir. Bu, həkim çatışmazlığının qarşısını almaqla yanaşı, xidmətin keyfiyyətini də artıracaq. Məktəblərin və xəstəxanaların paralel şəkildə yenidən qurulduğu Qarabağda ali təhsil müəssisələrinin, xüsusilə də tibbi sahənin yaradılması, əhalinin geri qayıdışına və burada qalıcı olmasına güclü stimul verir. Gənclərin doğma torpaqlarında keyfiyyətli təhsil alması, sosial stabilliyin təminatçısıdır. Tibb təhsili yalnız texniki biliklərdən ibarət deyil - bu, eyni zamanda empatiya və sosial bağlılıq tələb edən bir sahədir. Qarabağ Universitetində yetişən gələcək həkimlər, doğma torpaqlarında çalışaraq həm peşəkar, həm də mənəvi baxımdan bölgənin canlanmasına töhfə verəcəklər".

Təhsil eksperti Elmin Nuri qeyd edib ki, Qarabağda artıq tibb ixtisası üçün xüsusi klinika inşa edilib və müasir avadanlıqlarla təmin olunub: "Qarabağ Universiteti tibb sahəsində də nəzəri və praktiki baza ilə təmin olunub. Bu ixtisasın açılması abituriyentlər üçün yeni seçim imkanları yaradacaq. Əvvəllər yalnız Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universitetində bu sahədə yüklənmə var idi".

Ekspertin sözlərinə əsəsan, gələcəkdə Qarabağ Universitetində Tibb fakültəsi üçün müasir laboratoriyalar, diaqnostika mərkəzləri, simulyasiya otaqları, eləcə də tələbələr üçün rezidentura və təcrübə proqramları planlaşdırıla bilər: "Bu gün təməli qoyulan baza gələcəkdə region üçün tibbi kadr hazırlığında mühüm rol oynayacaq. Tibb tələbələri üçün tədrislə yanaşı, praktiki bacarıqların formalaşmasına xidmət edən mərkəzlər, klinik tədris blokları, anatomiya və biologiya laboratoriyaları, həmçinin sahəvi praktikaların yerli xəstəxanalarda təşkili Qarabağ Universitetini bu sahədə də lider edə bilər".

Millət vəkili Arzu Nağıyev qeyd edib ki, Qarabağda elmə-təhsilə xüsusi qayğı göstərilib və daimi bu məsələ diqqətdə saxlanılıb: "Qarabağ Universitetində tibbi kadr hazırlığına başlanılması regionda yüksək ixtisaslı kadrların hazırlanması baxımından olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, Qarabağ Universiteti gələcəkdə tibbi kadr hazırlığında perspektivli ali təhsil müəssisələri sırasında olacaq".

Millət vəkili Məlahət İbrahimqızının söylədiyinə görə, yüksək bal toplayan tələbələrin məhz təhsil almaq üçün Qarabağ Universitetini seçməsi onların vətənə, millətə olan məhəbbətinin göstəricisdir: "Bu gün qürurla deməliyik ki, ən yüksək bal toplayan tələbələr məhz Qarabağ Universitetində təhsil almağı seçiblər. Bu, eyni zamanda, Azərbaycan gənclərinin öz vətəninə, millətinə və milli-maraqlarına olan məhəbbətinin göstəricisidir. Gənclərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Digər qismi isə yüksək balla Qarabağda təhsil almağı seçdi. Həmin gənclər gələcəkdə Qarabağın incisi olacaqlar".

Millət vəkili əlavə edib ki, yeni yaradılan klinikada ən peşəkar mütəxəssislər işləyəcəklər: "Aydın məsələdir ki, Tibb fakültəsi Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universitetində tədris edilir. Bu baxımdan, Qarabağda da Tibb fakültəsinin yaradılması çox doğru bir addım oldu. Necə ki, Qarabağda görülən hər bir iş dünyanın ən yüksək standartlarına cavab verir, eyni zamanda, Tibb fakültəsi və qurulacaq Tibb Klinikasının da bu formada özünü göstərəcəyinə inanıram. Düşünürəm ki, gənclərimizin gələcək təhsili və əhalinin sağlamlığı istiqamətində bu məsələ böyük bir töhfədir və irəliləyiş üçün mühüm bir addımdır. Buna görə də, fürsətdən istifadə edib Prezidentə dərin minnətdarlığımı bildirirəm. Heç şübhəsiz ki, ümumilikdə qəbul edilən qərarlar, imzalanmış fərmanlar və sərəncamlar Qarabağın daha yaxşı inkişaf etdirilməsi məqsədi daşıyır. Yaradılan klinikada ən peşəkar mütəxəssislərin işləyəcəyinə əminəm. Həmçinin burada yeni müəssisələr açılır, səhiyyə sistemləri qurulur. Yaşayan və yaşayacaq əhaliyə yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsi üçün mühüm addımlar atılır. Bu, öz-özlüyündə böyük bir nailiyyətdir. Əminəm ki, bu fakültələr qurulduqca, xüsusilə Türk dövlətlərindən buraya gənclər axın edəcəkdir".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://525.az
archiveBu xəbər 14 İyul 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri