Icma.az
close
up
RU
Bakıda DƏHŞƏT: Bacısına zor tətbiq edərək cinsi əlaqəyə girən qardaş HƏBS EDİLDİ

Bakıda DƏHŞƏT: Bacısına zor tətbiq edərək cinsi əlaqəyə girən qardaş HƏBS EDİLDİ

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2000-ci il təvəllüdlü Qurban Hacıbəyovun (ad və soyad şərtidir) yetkinlik yaşına çatmayan bacısına qarşı seksual xarakterli zorakılıq və cinsi əlaqə ittihamı ilə bağlı cinayət işinə baxıb. Məhkəmə təqsirləndiriləni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (əvvəlki redaksiyada) və 152.1-ci maddələri ilə təqsirli bilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

BAKU.WS-in məlumatına görə, cinayət işi 2014-cü ildən 2023-cü ilə qədər davam edən hadisələrə əsaslanır.

Təqsirləndirilən şəxs öz bacısı (2008-ci il təvəllüdlü) ilə qohumluq əlaqəsindən istifadə edərək yetkinlik yaşına çatmayana qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə və cinsi əlaqədə olmaqda ittiham olunub.

İttiham aktına görə, hadisələr ailənin yaşadığı evdə baş verib və təqsirləndirilən şəxs zərərçəkmişin köməksiz vəziyyətindən istifadə edib.

Təqsirləndirilən şəxs məhkəmədə ittihamı qismən qəbul edib, lakin bəzi hallarda inkar edib. O, hadisələrin bir qisminin 2015-2016-cı illərdə baş verdiyini bildirib, amma təbii yolla cinsi əlaqəni inkar edib. Zərərçəkmiş tərəf isə ilkin ifadəsində ittihamı təsdiqləsə də, sonradan ifadəsini dəyişdirərək nişanlısı ilə birlikdə planlaşdırıldığını və qardaşını şərləmək məqsədi daşıdığını bildirib. Lakin məhkəmə zərərçəkmişin ilkin ifadələrini, ekspertiza rəylərini (tibbi, psixoloji və səs yazılarının təhlili), şahid ifadələrini və digər sübutları nəzərə alaraq ittihamı təsdiqləyib.

Məhkəmə istintaqı zamanı zərərçəkmişin nişanlısı da dindirilib. O, zərərçəkmişin qardaşından şikayət etdiyini və hadisələrdən xəbərdar olduğunu bildirib. Həmçinin ailə üzvlərinin (bacı, həyat yoldaşı) ifadələri dinlənilib, lakin məhkəmə onların bir qismini sübutlarla ziddiyyətli hesab edib.

Məhkəmə təqsirləndiriləni 152.1-ci maddə ilə 1 il, 150.3.3-cü maddə (əvvəlki redaksiyada) ilə 8 il azadlıqdan məhrum etmə cəzası təyin edib. Qismən toplama yolu ilə ümumi cəza 8 il 3 ay təyin olunub. Cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkiləcək və 8 avqust 2023-cü ildən (tutulma tarixi) hesablanacaq. Məhkəmə təqsirləndirilənin 2 azyaşlı uşağının olmasını, gənc yaşını və zərərçəkmiş tərəfin şikayətçi olmamasını yüngülləşdirən hallar kimi nəzərə alıb. Ağırlaşdıran hallar müəyyən edilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Oktyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri