Icma.az
close
up
RU
İmanını bir şüşə şəraba dəyişəndə... Seyid Əzim niyə Adəmi günahkar saymırdı?

İmanını bir şüşə şəraba dəyişəndə... Seyid Əzim niyə Adəmi günahkar saymırdı?

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə Sevinc Mürvətqızının "Ruhun ikili səcdəgahı: İman və Eşq" essesini təqdim edir.

Ruh istisnasız təslimiyyəti seçəndə ikili səcdəyə qapanır — Yaradanın hüzurunda imanla və Yaradılanın önündə eşqlə... Eşqə yuvarlanma məqamında - imanın incə sərhədində, bu iki səcdəgah arasında həm bölünür, həm bütövləşir.
Seyid Əzim Şirvaninin yaradıcılığında eşq və iman, zaman-zaman əhval və halətdən asılı olaraq gah qəlbin oduna, gah ruhun nuruna çevrilir. Şair bu iki mənəvi qüvvəni bəzən qarşı-qarşıya qoyur, bəzən isə eyni səcdədə birləşdirərək insanın daxili dilemmasını poetik dillə ifadə edir.

Ustadın bir çox qəzəllərində gah imandan saparaq küfrün astanasında axirət, cənnət-cəhənnəm anlayışına belə üsyan edən çılğın dünyəvi aşiqlə, gah da ilahi eşqin vəcdində yaradılanı da Yaradana görə sevən, dünyadan əl üzmüş cünunla rastlaşırıq. Bu rastlaşmaların əksəriyyətində Seyid Əzim Şirvaninin eşq anlayışı imanla bütövləşir. Ustad qəzəllərinin birində yazır:
Verdim iman nəqdin, aldım, dustlər, bir şişə mey,
Çox giranqiymət şey aldım, bir bəhayi-az ilə.

Zahid ilə cənnətül-məvayə getməkdən, genə
Xoşdu yanmaq duzəxə Seyyid kimi dəmsaz ilə.

Seyid Əzimin dövründəki riyakar “zahid”lərin nöqteyi - nəzərindən baxılanda, burada şair küfrün düz ortasındadır – imanını bir şüşə şəraba dəyişib, həm də vurğulayır ki, daha az dəyərli olanı verib həddindən artıq qiymətlini alıb.

Şair burada imanını bir şüşə meyə dəyişmək kimi sərt və qəsdən təhrikedici bir bədii obrazdan istifadə edib. "Giranqiymət" mey – məcazi mənada eşq, ilham, azadlıq, yar sevgisi, bəzən də ilahi şövqdür. Bu, formal, zahiri imanın əvəzində alınan gerçək duyğudur. Zahidlə cənnətə getməkdənsə, eşq məclisində yanmaq daha üstün tutulur. Bu da Məcnunvari yanmağı - ilahi və ya poetik eşqdə əriyib yox olmaq halını ifadə edir.

Burada Füzulinin təsirini sezirik: eşq imanla rəqabətə girir, bəzən isə onu aşan bir dəyərə çevrilir. Əslində şair eşqi imandan üstün tutmur, burada formal dindarlığın əleyhinə çıxaraq, ruhsuz imanın yerinə yanğılı eşqi qoyur.

Başqa bir nümunədə oxuyuruq:
Etməsin zahid mənə təklifi-cənnət kim, mənim...
Sənsiz olmaz xatirim xoş rövzeyi-rizvan ara.

Şair zahidin cənnət təklifini rədd edir: çünki yar yoxdursa, o cənnətin nə mənası var? “Rövzeyi-rizvan” – Cənnət bağçası daha artıq daxili səadət, eşq halıdır. Amma yar olmadan bu səadət də boşdur.

Şairə görə, ruhsuz iman və ilahi mükafat xofuna dayanan dindənsə, yarla birlikdə yaşanan ruhani- cismani hal daha üstündür... Bu düşüncə həqiqi imana daha yaxındır.

Bənzər fikir başqa bir qəzəlində ritorik sual kimi verilir:
Yarsız neyləyirəm seyri-gülü gülzarı...
Olmasa yar, olurmu cənnəti-məvadə fərəh?

Şair bir daha bildirir ki, cənnətin gülü, bağçası, hurisi – bunların heç biri yarın yerini tutmaz. Bu, klassik irfan ədəbiyyatında "görünən hər şeyin arxasında Yar var" fikri ilə səsləşir. Əsl fərəh yarın vüsalındadır. Və buradaca yenidən xatırlayırsan ki, Yar da Yaradandandır axı, bəlkə elə bunca əzizliyi, vazkeçilməzliyi bundandır?..
“Adəmin cənnətdən qovulması” dini-mifoloji mətninə göndərmələrlə Seyid Əzimin yaradıcılığında tez-tez rastlaşırıq.

Burada da eşq-iman dilemması ən müxtəlif rakurslarda klassik şeir ənənələri ilə möhtəşəm bədii dillə yazılıb:
Gəndümi-xalinə yarın verdi Seyyid cənnəti...
Əsl Adəm oğludur, billah, bəradər, doğrudur.

Adəm qadağan olunmuş nemətə - buğda dənəsinə görə behiştdən qovuldu, Seyyid də onun “xələfi” olaraq yarın yanağındakı buğda xalına görə cənnətdən əl çəkməyə dünəndən hazırdır...

Şair burada həm Adəmin, həm də özünün insani zəifliyini bədii şəkildə etiraf edir, amma bunda məqsədi imanı arxa plana atmaq deyil, eşqin ilkin müqəddəsliyini xatırlatmaqdır...

Seyid Əzim Adəmi günahkar saymır – əksinə, eşq üçün hər şeydən keçmək, hətta cənnəti qurban vermək belə təqdirəlayiqdir.
Şair digər bir qəzəlində eşq və iman “məsələsi” klassik Sərq poeziyasında işlənən metaforalarla başqa bir poetik müstəvidə nəzərdən keçirilir:
Asitani-yardə üryan məni dəfn eyləyin...
Kim, şəhidi-eşq aparmaz mülki-dünyadən kəfən.


Şair burada “eşq şəhidi” ifadəsi ilə eşqi müqəddəslik səviyyəsinə qaldırır. Seyid Əzim bunu dini anlamdakı şəhid anlayışı ilə paralelləşdirir, yarın eşqi uğrunda özünü fəda etməyi dini savaşda - cihaddakı şəhidlik anlayışı ilə bərabərləşdirir.
Yarın ayağı altında, onun hüzurunda, səcdəsinə qapılaraq üryan dəfn edilmək arzusu – burada birbaşa mənasından əlavə təsəvvüf aspektindən də şərh oluna bilər: üryanlıq həm sufilikdəki faniliyi bir daha xatırladır, həm də dünya mülkündən əlini üzən bir ruhun kamilliyi kimi yozulur. “Üryan dəfn olunmaq” – bu dünyaya aid hər şeydən (o cümlədən kəfəndən) arınmaq, yəni eşq qarşısında təmənnasız və fani olmaq deməkdir.

Şəriətdə önəmli sayılan bu nəsnənin - kəfənin belə rədd edilməsi, həm rəmzi, həm də ədəbi poetik jestdir: eşqin qarşısında dünya da, şəriət adətləri də əriyir, heçə çevrilir. Bu misralarda klassik eşq şəhidliyi ilə sufiliyin “fənafillah” anlayışı qovuşur: yəni aşiq artıq öz varlığını itirib, tam mənasıyla Yar(adan)la bir olub. Burada eşq şair üçün sadəcə keçici duyğu deyil, varlıq fəlsəfəsinin özüdür.
İmanın şərtlərindən “sapmalar” şairin bir çox qəzəllərində yer alır. Yarın vüsalı Allahın cənnətinə tay tutulduğu kimi , möhnəti, iztirabı , ayrılığı da cəhənnəmlə bərabərləşdirilir, hətta ondan da ötə dəyərləndirilir:
Duzəx əhlinə gələr atəşi-duzəx cənnət,
Versələr onlara gər möhnəti-hicrinlə əzab.

Şair deyir ki, əgər cəhənnəm əhli, sənin ayrılığının əzabını çəkərsə, cəhənnəmin odu belə onlara cənnət kimi gələr. Eşqin və hicranın o qədər yandırıcı olmasıdır ki, ilahi və dini anlamda ən ağır əzab sayılan cəhənnəm atəşi onun yanında zəif qalır.

Bu, son dərəcə mübaliğəli fəlsəfi müqayisə ilə eyni zamanda klassik Şərq poeziyasında ilahi eşqdəki halətlər təsvir edilir - bəzən sevgiliyə qovuşmamaq, Yaradandan uzaq qalmaq elə bir əzab sayılır ki, qiyamət, cəhənnəm, ölüm belə bundan asan gəlir.

Məhz belə məqamlarda eşqlə imanın sərhədi o qədər bir-birinə qarışır ki, ayırd etmək olmur ki, hansı hansıdır. Amma bütün hallarda iman eşqdən, eşq imandan ayrı deyil, ikisi bir-birini tamamlayan ilahi vəhdətdir.

Bu beyt eşqin, fəlsəfənin və imanın toxunduğu elə incə sərhəddə dayanır ki, burada artıq ağıl və məntiq susur, ruh danışır. Sevgilidən – istər ilahi, istər insani – uzaq qalmaq elə bir hicran əzabıdır ki, onunla müqayisədə cəhənnəm belə bir təsəlli, bir rahatlıq, hətta bir səfa məkanı kimi görünə bilər.

Beləliklə, eşq elə bir iman halına çevrilir ki, əzabın özü ibadət, yanmaq isə səcdə olur. Ustadın yaradıcılığında cəhənnəmlə bağlı fikirlərin tərsi olan düşüncə də keçərlidir:
Behiştə meyl eləməz, Seyyidin əgər, ey gül,
Yanında sən kimi bir yari-gülüzarı ola...

Yaxud da başqa eyni məzmunlu oxşar beytdə olduğu kimi:


Nə tərğib eyləyirsən cənnətə hərdəm məni, vaiz,
Mənim baği-behiştim yardır, cənnətdə karım yox...


Hər iki beytdə şair eşq qarşısında behişt anlayışının mənasızlaşdığını hesab edir.

Seyid Əzimə görə, əgər sevgili onunla bərabərdirsə, artıq behiştin vəd etdiyi sonsuz zövqü-səfa belə onun yanında heçdir. Bu, eşqin elə bir mərtəbəsidir ki, imanla vəd olunan cənnət belə onun qarşısında məna və cazibəsini itirir — çünki bəzən eşq Yaradana deyil, yaradılana fəda olmağa, səcdə etməyə məcbur edir.

Bu, təkcə eşqin bəşəri gücünü yox, həm də onun imanla yarışa girəcək qədər müqəddəsləşdiyini göstərir. Eşqin iman sahiblərinə vəd olunan axirət mükafatından üstün tutulması getdikcə ilahi bir hal alır, çünki bu qədər üstün duyğu yalnız müqəddəs bir istinaddan – Yaradandan güc ala bilər. Bu, həm fəlsəfi paradoks, həm mistik yüksəliş, həm də insani ehtirasın bədii təntənəsidir. Oxucuya isə bunlarla poetik zövqün zirvəsini yaşamaq qalır...
Bir çox hallarda Seyid Əzim bu bəşəri eşqin cazibəsində imanına xələl gəldiyini yazır da, bilir də, etiraf edir də... Amma bu etiraf elə səmimi, elə insanidir ki, etirafdan daha çox Yaradan qarşısında ilahi bir tövbə kimi də səslənir:
Tutanı müshəfi rüxsarüvi ol kafər xət,
Görünür gör nə xəlləllər mənim imanımda?

Sevgilinin üzünü müshəfə - Qurani-Kərimin səhifəsinə bənzətmək! Mənzərə belədir: keçmiş əyyamlarda qadınlar saçlarını hər iki tərəfdən üzlərini bir əlçim saracaq şəkildə kəsərdilər, beləliklə də vizual olaraq yarın gözəl üzü birçəkləri ilə ovuc içinə alınan iki ələ bənzərdi. Klassik çaları özündə əks etdirən Şərq miniatür rəsmlərində də bunu görmək mümkündür.

Seyid Əzim burada bu görüntünü sanki iki əlində açılmış Quranı tutmağa da bənzədir. Başqa bir rakursdan yanaşanda isə beytin daha fərqli mənası ortaya çıxar: şair sevgilinin üzünü müshəfə – yəni Qurana bənzədir, onun cazibədar qaşlarını isə bu müshəfin üstünü tutan, onu pərdələyən, bəzən isə oxunmasına mane olan qara xətt (kafir xətt) kimi təqdim edir. Bu poetik kontrast zahirdə küfr, batində isə ilahi bir gözəllik anlayışını daşıyır.

Bütün bu mənaların işığında isə şairin eşqə düşdükdən sonra imanında yaranan çatları, xələlləri etiraf və tövbə kimi səslənir... Bu beytdə həm də dahi Nəsiminin təsiri, hürufiliyin xas motivlərin izləri - insanın simasında ilahi kəlamı görmək fikri sezilməkdədir...
Bu beytlərdə ilk baxışdan elə görünə bilər ki, Seyid Əzim imandan üz döndərib və eşqi imanın fövqünə qaldırıb.

Əslində isə şair dinin formal, gerçək imanla əlaqəsi olmayan zahir(d)i tərəflərini tənqid edib, lakin bütövlükdə yaradıcılıq aspektində imanın əxlaqi və mənəvi əsaslarına sadiq qalıb.

Seyid Əzim Şirvani eşqi imanla qarşı-qarşıya qoymur – o, zahiri imanı sorğulayıb, gerçək eşqi onun yerinə qoyur. Onun şeirlərində eşq müqəddəs bir həqiqət, iman isə formadan mahiyyətə çevrilən mistik iç səsidir.

Ustadın misilsiz yaradıcılığına daha dərindən varanda gəldiyin qənaət isə budur: bəşər var olduqca bu əzəli-əbədi “eşq-iman” tərəzisində bəzən bu, bəzən digər tərəf ağır gəlsə də, bütün hallarda iman eşqdəndir, eşq də imandandır...

"Azərbaycan" jurnalı, sentyabr, 2025-ci il.

Azərbaycanın nümayəndə heyəti UNESCO-nun konfransında iştirak edib Başqa həyat - Anar Tanınmış türkiyəli tarixçi İlbər Ortaylı Naxçıvana gəlib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see264

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see246

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see209

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see206

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see188

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see163

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see159

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see147

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see139

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see139

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see138

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see135

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see134

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see134

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see129

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see128

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri