Qarabağ Universitetinin rektoru: Xocalıda kənd təsərrüfatı məktəbinin fəaliyyətə başlaması nəzərdə tutulur
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xankəndi, 8 aprel, AZƏRTAC
Xocalıda kənd təsərrüfatı məktəbi, Şuşada isə turizm və incəsənət sahəsində təhsil ocaqlarının fəaliyyətə başlaması nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Qarabağ Universitetinin rektoru Şahin Bayramov Xankəndidə keçirilən “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun açılışında bildirib.
“Universitetimizdə tələbələrin keyfiyyətli ali təhsil almaları üçün əlverişli şərait yaradılıb. Biz “Yaşam boyu təhsil” layihəsi üzərində də işləyirik. İnanırıq ki, həm indiki tələbələrimiz, həm də gələcəkdə bizim ali təhsil ocağını seçəcək gənclərimiz Azərbaycanın inkişafına mühüm töhfələr verəcəklər. Bizim əsas məqsədimiz Azərbaycanın ictimai-siyasi, eləcə də elmi həyatına mühüm töhfələr verən gəncləri yetişdirməkdən ibarətdir”, - deyə Ş.Bayramov qeyd edib.
Qarabağ Universitetinin rektoru diqqətə çatdırıb ki, malik olduğumuz potensialdan istifadə etməklə beynəlxalq əlaqələrimizin daha da möhkəmləndirməsi mühüm əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 08 Aprel 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















