Qarabağ və Şərqi Zəngəzur bölgəsinin cüdoçuları kəmər imtahanı veriblər FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Sentyabrın 15-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Ağdam Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
İdman.biz bildirir ki, imtahanda Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 41 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 16 Sentyabr 2025 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















