Qarabağ və Şərqi Zəngəzur regionlarının ən güclü gənc cüdoçuları məlum olub FOTO
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sentyabrın 16-də U-14 və U-17 yeniyetmələr arasında Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçirilib.
İdman.biz bildirir ki, turnirdə Ağcabədi, Ağdam, Bərdə, Tərtər, və Laçından 42 cüdoçu mübarizə aparıb.
Ağdam Olimpiya İdman Kompleksində baş tutan yarışda 9 çəki dərəcəsində qalib və mükafatçılar bəlli olub.
Qeyd edək ki, region birinciliklərinin keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə çempionatında iştirak edəcək idmançıları müəyyənləşdirməkdir. Həmçinin, U-17 üzrə birinciliklər milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırır.
Qalib və mükafatçıları təqdim edirik:
U-14 yaş kateqoriyası
-38 kq
1. Röyal İsmayılov (Şahin 313 İK)
2. Camal Şərifov (ACF)
-42 kq
1. Nihat Qasımlı (Qarabağ Sport Klub)
2. Ülvi Həsənli (Laçın)
-46 kq
1. Coşqun Məmmədli (Laçın)
2. Ayxan Cavadzadə (Qarabağ Sport Klub)
-50 kq
1. Fərid Səmədli (Qarabağ Sport Klub)
2. Nihad Məmmədov (Laçın)
3. Yusif Ağayev (Laçın)
-55 kq
1. Kənan Ağazadə (Ağcabədi)
2. Yusif Sarızadə (Laçın)
U-17 yaş kateqoriyası
-50 kq
1. Elçin Məmmədov (Şahin 313 İK)
2. Ramal Qənbərov (Şahin 313 İK)
3. Qurban Abbasov (Ağcabədi)
3. Çingiz Axundov (Laçın)
-55 kq
1. Ömər Kərimli (Qarabağ Sport Klub)
2. Xətai Şirinov (Laçın)
-60 kq
1. Səid Əliyev (Qarabağ Sport Klub)
2. Ülvi Abbaszadə (Ağdam)
3. Elvin Məmmədli (RM 2025)
-66 kq
1. Rufan Balakişiyev (Şahin 313)
2. Şakir Məmmədov (Laçın)
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 16 Sentyabr 2025 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















