Icma.az
close
up
RU
“Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının İnkişaf Perspektivləri”nə həsr olunmuş layihə start götürdü

“Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının İnkişaf Perspektivləri”nə həsr olunmuş layihə start götürdü

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Davamlı İnkişafa Doğru" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” adlı layihənin icrasına başlamışdır.

QHT.az xəbər verir ki, layihə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin sosial-iqtisadi inkişafı, bərpası və dayanıqlı gələcəyi ilə bağlı əhalinin, xüsusilə sahibkarlıq subyektlərinin maarifləndirilməsi və onların bilik və bacarıqlarının artırılmasına xidmət edir.

Layihənin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının mövcud potensialını, dövlətin həyata keçirdiyi strateji layihələri və bu bölgələrin bərpa və inkişafında vətəndaş cəmiyyətinin rolunu geniş ictimaiyyətə çatdırmaqdır. Bu məqsədlə bölgədə müxtəlif araşdırmalar, təlimlər, maarifləndirici tədbirlər, yerli və mərkəzi ekspertlərin iştirakı ilə ictimai müzakirələr və media resursları vasitəsilə geniş məlumatlandırma fəaliyyəti həyata keçiriləcək.

Layihə çərçivəsində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur:

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi potensialının təhlili; Regionlarda mövcud və planlaşdırılan infrastruktur layihələrinin ictimaiyyətə tanıdılması; Layihənin davamlılığını təmin etmək üçün “Öz Biznesini qur” adlı internet səhifənin yaradılması, 5 nəfər sahibkara quracaqları biznesə marketinq dəstəyinin (loqoların hazırlanması, sosial media hesablarının qurulması) göstərilməsi 3 nəfər seçilmiş sahibkarın dövlət tərəfindən keçiriləcək sərgi-satış yarmarkalarında iştirakının təmin edilməsi Seçilmiş sahibkarlara a) “Biznes quruculuğu, Biznes Planın hazırlanması, Biznes strategiyalar və Marketinq strategiyaları” və b) “Biznesdə Strateji və Rəqəmsal Marketinq: SMM” mövzularında təlimlərin həyata keçirilməsi Media və sosial şəbəkələrdə maarifləndirici materialların paylaşılması; Vətəndaş cəmiyyəti institutlarının rolunun gücləndirilməsi və töhfələrinin stimullaşdırılması.

"Davamlı İnkişafa Doğru" İctimai Birliyinin sədri layihə barədə bildirib: “Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Bu layihə vasitəsilə biz həm ictimai məlumatlılığı artırmaq, həm də regionun bərpası prosesinə vətəndaş cəmiyyətinin fəal iştirakını təmin etməyə çalışırıq.”

Layihənin icrası 2025-ci il 30 sentyabr tarixinədək davam edəcək və ölkənin sosial-iqtisadi inkişafına töhfə verəcək önəmli nəticələrin əldə olunması gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 İyul 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see202

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see127

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see125

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see122

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see120

41 yaşını qeyd edən Vüsalə Əlizadə bahalı hədiyyələrini nümayiş etdirdi

12 İyul 2025 15:32see119

Rusiya qonşu ölkələrdə gərginlik yaratmağa çalışır

12 İyul 2025 16:44see117

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see117

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see117

İtaliya hökuməti ABŞ ilə tarif razılaşmasına ümid edir

12 İyul 2025 23:08see116

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see116

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see114

Yamal 18 yaşını harada qeyd edəcək?

12 İyul 2025 16:57see114

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see114

KİV: Putin İranın uran zənginləşdirməsini tamamilə qadağan edən razılaşmanı dəstəkləyir

12 İyul 2025 15:46see113

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see112

Mahir qol vurdu, komandası darmadağına sevindi

12 İyul 2025 22:54see110

Süni intellektin köməyi ilə hamilə qaldı

12 İyul 2025 17:02see110

Yaddaşları oyadan kitablar

13 İyul 2025 08:18see110

Dünyada yeni dövlət yaranır

12 İyul 2025 16:28see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri