Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzur üçün yeni qanun layihəsi olacaq? Deputatlar danışdılar

Qarabağ və Şərqi Zəngəzur üçün yeni qanun layihəsi olacaq? Deputatlar danışdılar

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri postmüharibə dövrünün ən önəmli strateji istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərdə genişmiqyaslı infrastruktur layihələri, şəhərsalma işləri və sosial-iqtisadi proqramlar həyata keçirilir. Bu fonda işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlar və müəssisələr üçün vergi güzəştləri və dövlət dəstəyi məsələsi də aktuallaşır. Müzakirələr zamanı bəzi deputatlar mümkün vergi azadolmalarından danışır, bəziləri isə əlavə qanunlara ehtiyac olmadığını vurğulayırlar. Mövcud qanunvericilik çərçivəsində artıq bir sıra təşviq mexanizmləri nəzərdə tutulsa da, ictimai maraq bu məsələlərin daha da dərindən izah edilməsini zəruri edir.

Modern.az-a açıqlamasında Milli Məclisin Qarabağdan olan deputatı Aqil Abbas bildirib ki, bir müddət Qarabağda və Şərqi Zəngəzurda vergi alınmaya bilər:

“Nə qanun layihəsi qəbul olunacaq ki?! Prezidentin sərəncamı ilə müəyyən quruculuq-tikinti işləri gedir. Qarabağın bütün dağılmış ərazilərində şəhərlər tikilir, kəndlər salınır. Lakin bir müddət vergi alınmaya bilər. Bu cür addımaların atılması mümkündür”.

Füzulinin deputatı Vüqar Bayramov isə söyləyib ki, növbəti mərhələdə ehtiyac yaranarsa, xüsusi olaraq hansısa qanun layihəsi müzakirə oluna bilər:

“Əslində Vergi Məcəlləsində və digər qanunlarda Qarabağ və Şərqi Zəngəzurla bağlı ayrıca fəaliyyətlər nəzərdə tutulub. Çünki İkinci Qarabağ müharibəsindən sonra "işğaldan azad edilmiş ərazilər" anlayışı gündəmə gəlib. Qaydalar, meyarlar qanunvericilikdə əksini tapıb. Ona görə də bu gün Qarabağ və Şərqi Zəngəzurla bağlı istər dövlət təşviq mexanizmi, istər digər alətlər qanunvericilikdə öz əksini tapır. Xüsusən bu ərazilərimzidə 10 illik vergi güzəştləri, təşviq alətləri tətbiq olunur. Amma sözsüz ki, növbəti mərhələdə ayrıca, xüsusi olaraq hansısa qanunun qəbuluna ehtiyac yaranarsa, məsələ müzakirə oluna bilər. Mövcud qanunvericilikdə işğaldan azad olunmuş ərazilərlə bağlı bütün fəaliyyətlər öz əksini tapıb, qanunvericilik bu istiqamətdə dəyişidirlib”.

Cəbrayıl və Qubadlının deputatı Ceyhun Məmmədov isə bunları deyib:

“Hesab edirəm ki, Qarabağ və Şərqi Zəngəzurda ardıcıl, sistemli işlər görülür, tədbirlər həyata keçirilir. Yəni ayrıca qanun qəbuluna zərurət və ehtiyac görmürəm. Belə təşəbbüs haradan gəlir bilmirəm. Bu məsələ qanunla tənzimlənə biləcək məsələ deyil. Hər məsələni qanuniləşdirməyə ehtiyac yoxdur. Cənab Prezident tərəfindən nə lazımdırsa edilir, layihələr uğurla həyata keçirilir, lazımi işlər görülür. Əlavəyə ehtiyac yoxdur. Hesab edirəm ki, biz digər tədbirləri öyrənib diqqətimizi quruculuq-abadlıq işlərinə yönləndirməliyik”.

Parlamentin Xocalıdan olan deputatı Elman Məmmədov da Milli Məclisdə hər hansı ayrıca qanun layihəsinin qəbul edilməsinə ehtiyac görmür:

“Bütün bərpa-quruculuq işləri cənab Prezidentin rəhbərliyi altında müvafiq dövlət proqramı əsasında aparılır. Müvafiq qurumlar burada iştirak edir. Bu məsələlərə rəhbərlik etmək üçün respublika üzrə qərargah yaradılıb.  Həmin qərargaha başçılığı da Prezident Administrasiyasnın rəhbəri cənab Samir Nuriyev edir. Təmir-tikinti, bərpa işləri, qayıdışla bağlı nə lazımdırsa, hamısı o proqram üzrə müvafiq qurumlar tərəfindən lazımi qaydada həyata keçirilir. Bütün məsələlər cənab Prezidentin nəzarətindədir. Hamımızın müaşhidə etdiyi kimi, il ərzində həmin ərazilərə saysız-hesabsız səfərlər edilir. Hər hansı ayrı qanun layihəsi qəbul edilməsinə ehtiyac yoxdur.

Milli Məclisdə bu məsələlərlə bağlı deputat həmkarlarımız vaxtaşırı öz fikirlərini bildirirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 May 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri