Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir ŞƏRH AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 yanvar, AZƏRTAC

2022-ci ildən uğurla icra edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində əsasən 4 hədəf göstərici qrupu - infrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlı inkişafı üzrə işlər davam etdirilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müşaviri Təranə Salıfova bu barədə AZƏRTAC-a şərhində bildirib ki, əsasən infrastruktur qrupuna daxil olan göstəricilərə nəzər saldıqda, Dövlət Proqramı qəbul olunana kimi, 2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənib. O vurğulayıb ki, proqram çərçivəsində 215 min hektar ərazinin təmizlənməsi əsas hədəf kimi qeyd olunub və 2024-cü ildə 62 min 23 hektar ərazinin təmizlənməsinə nail olunub. Hansı ki, ərazilərin minalardan təmizlənməsi infrastruktur layihələrinin icrasında əsas faktorlardan biri hesab edilir.

“Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi davam etdirilir. Bunun nəticəsidir ki, 3 il ərzində 10 yaşayış məntəqəsi üzrə əhalinin geri qayıdışı həyata keçirilib. Artıq 10 mindən çox köçkün doğma torpağına qayıdıb və evlə təmin edilib. Bugün azad edilmiş ərazilərimizdə ümumilikdə 30 minə yaxın insan yaşayır, həmçinin onların məşğulluğu təmin edilib. Həm dövlət, həm də digər sahələrdə vətəndaşlar işlə təmin ediliblər. İnfrastruktur qrupunun əsas hədəflərindən biri də azad edilmiş ərazilərdə hamı üçün əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla (yol, rabitə, su, qaz, elektrik, istilik və s.) təminatın həyata keçirilməsi və yenidən qurulmasıdır”, - deyə mərkəzin icraçı direktorunun müşaviri qeyd edib.

Təranə Salıfovanın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları alternativ və bərpaolunan enerji mənbələri ilə diqqət çəkir: “Təsadüfi deyil ki, Prezidentin işğaldan azad olunan ərazilər və yaşayış sahələri ilə bağlı müəyyənləşdirdiyi iqtisadi inkişaf kursunda həmin iqtisadi ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Azad olunmuş ərazilərdə 4 min meqavatdan artıq günəş, 500 meqavatadək külək enerjisi potensialı mövcuddur. 2024-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda 32 su elektrik stansiyasında 550 milyon kilovat saatadək yaşıl enerji istehsal olunub. Bununla yanaşı, azad edilən ərazilərdə 4 il ərzində 270 meqavat gücündə 30-dan çox su elektrik stansiyası istismara verilib. Yalnız 2024-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda Prezidentin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub. Eyni zamanda, “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib. Həmçinin ötən ildə Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Ağdam şəhərinin daxili yollarının, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Toğanalı-Kəlbəcər-İstisu və Şuşa-Laçın avtomobil yollarının tikintisi istiqamətində işlər davam etdirilib. 60 kilometrdən çox tunellər, körpülər inşa edilir, dəmir yolları çəkilir”.

Dövlət Proqramının əsas istiqamətlərindən birinin də ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası olduğunu vurğulayan Təranə Salıfova qeyd edib ki, artıq bu ərazilərdə 2 sənaye parkı fəaliyyət göstərir: “Ağdam Sənaye Parkı Sumqayıt Kimya Sənaye Parkından sonra yaradılmış ikinci böyük sənaye parkıdır. Hansı ki, Cənubi Qafqazda ilk beşliyə daxildir. Ağdam Sənaye Parkında 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib, 9 müəssisə fəaliyyət göstərir və xaricə məhsul ixrac edilir”.

Təranə Salıfova əlavə edib ki, ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda yüksək temp və keyfiyyətlə bərpa işləri həyata keçirilir. Bu isə ilk növbədə güclü düşünülmüş siyasət, daha sonra maliyyə resursları və peşəkar kadr potensialı hesabınadır.

“Prezidentin yerli televiziya kanallarına müsahibəsində də qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzurun nümunəvi vahid Baş planı ölkəmizin digər bölgələrinə də tətbiq ediləcək. Bu isə yalnız infrastruktur baxımından deyil, həm idarəetmə, həm də yaşıl enerji layihələrinin bütün ölkəni əhatə etməsi baxımından faydalı olacaq”, - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Yanvar 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri