Icma.az
close
up
RU
Qarabağ xanlığının mədəni irsi Avstriya Milli Kitabxanasında təqdim edilib AZƏRTAC

Qarabağ xanlığının mədəni irsi Avstriya Milli Kitabxanasında təqdim edilib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vyana, 10 dekabr, AZƏRTAC

Vyananın Hofburq saray kompleksində yerləşən Avstriya Milli kitabxanasında “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” albom-kitabının təqdimatına həsr edilmiş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə beş dildə nəşr edilmiş kollektiv əsərin müəllifləri Gürcüstan Milli Muzeyinin (GMM) aparıcı əməkdaşlarıdır.

Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və Avropanın mədəni-tarixi mərkəzlərindən olan Avstriya Milli Kitabxanasının kuratoru Irmgard Harrer açılış nitqi ilə çıxış ediblər. Çıxışlarda nəşrin Avstriya Milli Kitabxanasının Dövlət salonunda təqdim edilməsinin Avropanın elmi ictimaiyyətinə, Qarabağda çoxəsrlik tarixə malik Azərbaycanın mədəni irsi və tarixi kökləri haqqında dolğun təsəvvürün formalaşmasında müsbət rol oynayacağı xüsusi qeyd olunub.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov çıxışında işğal dövründə Qarabağ bölgəsində Ermənistan tərəfindən Azərbaycan irsinin tamamilə məhv edilməsi səbəbindən GMM-də Qarabağ xanlığı irsinin qorunmasına toxunub. O, gürcü alimləri tərəfindən bu irsin dərindən tədqiq olunmasının Qarabağın Azərbaycan milli kimliyindəki rolu haqqında tarixi həqiqətlərin üzə çıxması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. E.İskəndərov Qarabağın işğaldan azad edilməsinin və hazırda dirçəldilməsinin Azərbaycan xalqının ümummilli ideyasının vacib əsaslarından olduğunu bildirib.

Konfransda, həmçinin Gürcüstan Milli Muzeyinin baş kuratorunun müavini Tebrone Nadiradze, Roma Sapienza Universitetinin tədqiqatçısı Daniyel Pommier Vinçelli, Almaniyanın Qiesen Universitetinin dosenti, türkoloq alim Mixael Raynhard Hess Qarabağ xanlığının müxtəlif aspektlərinə dair məruzələrlə cıxış ediblər. Xarici tədqıqatçılar Rusiya imperiyası dövründə toplanmış və bu gün Gürcüstanda qorunan obyektiv etnoqrafik materialların Qarabağ bölgəsinin Azərbaycan milli mədəniyyətinin mühüm mərkəzlərindən biri olmasını sübut etdiyini diqqətə çatdırıblar. Alimlərin fikrincə, Qarabağ irsində həm Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin tacı olan, böyük coğrafi areala hakimlik etmiş Qızılbaş dövlətinin, həm xalqımıza məxsus mədəni yaradıcılıq nümunələrinin, həm də müxtəlif millət və dinlərin nümayəndələrinə hörmət ənənələrinin izləri öz əksini tapıb.

Müzakirələri yekunlaşdıran M.R.Hessin sözlərinə görə, nəşrlə tanış olan hər kəs istər unikal Azərbaycan milli kimliyi, istərsə də bu kimliyin formalaşmasında Qarabağ və Qafqazın mədəniyyət incisi olan Şuşanın rolunu yaxşı başa düşəcək.

Tədbirin sonunda “Qarabağ xanlığı tarixi və mədəni kimlik” kitabı Avstriya Milli Kitabxanasına və tədbir iştirakçılarına hədiyyə edilib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi və Avrasiya Beynəlxalq İnkışaf Assosiasiyasının təşkilatçılığı ilə hazırlanmış nəşr artıq Madrid, Varşava, Roma, Əmman şəhərlərində yerləşən aparıcı muzey və kitabxana mərkəzlərində, həmçinin UNESCO-nun mənzil-qərargahında geniş ictimaiyyətə təqdim olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri