QARABAĞA KÖÇ DAVAM EDİR
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
Mia.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 20 ailə (83 nəfər), Xanyurdu kəndinə 12 ailə (50 nəfər), Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 37 ailə (169 nəfər), Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 29 ailə (147) nəfər köçürülüb.
Baxış sayı:94
Bu xəbər 25 Dekabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















