Icma.az
close
up
RU
Qarabağa vacib olan odur ki, oynasın, xallar qazansın və komanda olaraq möhkəmlənsin BAŞ MƏŞQÇİ ŞƏRH ETDİ

Qarabağa vacib olan odur ki, oynasın, xallar qazansın və komanda olaraq möhkəmlənsin BAŞ MƏŞQÇİ ŞƏRH ETDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İlk öncə Qarabağı və Azərbaycan ictimaiyyəti, futbol çevərləri – hamısını təbrik edirəm ki, belə bir nəticə ilə növbəti 8 ildən sonra qrupa düşmək Qarabağ üçün böyük bir uğurdur. Və bütün məşqçiləri, Qurban Qurbanovu - hamısını təbrik edirəm". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov deyib.

Onun sözlərinə görə, Çempionlar Liqasındakı rəqiblərə gəldikdə isə, bu elə bir yarışdır ki, burada ancaq top komandalar olur. Öz ölkəsinin çempionları qatılır və burada zəif rəqib yoxdur. Qarabağın da rəqibləri çətin, güclü rəqiblərdir. Amma belə də bir şey var ki, artıq Qarabağ qrupa kimi gəlib çıxıb. Təzyiq var idi, psixoloji gərginlik vardı. Amma indi o gərginlik məncə aradan götürülüb: "Burada Qarabağa vacib olan odur ki, oynasın, xallar qazansın və komanda, klub olaraq möhkəmlənsin o səviyyədə. Rəqiblərdən xal götürmək təbii ki, daha çox evdə mümkündür - biz ümid edirik ki, məsələn, tanış rəqiblər var. Çelsi var - bir az çətin rəqibdir. Çelsi son illərin, son dünya klubları arası Dünya Çempionatında da birinci yer tutan, ən gənc, sürətli, tək-tük irəliləyən bir komandadır.

Məncə Ayaksdan burada keçən Avropa Liqası oyunlarında - baxmayaraq ki, Qarabağ uduzmuşdu - amma oyun baxımından mən deməzdim ki, zəif təsir bağışladı. Əksinə, bərabər oyun gedirdi. Sadəcə, o ustalıq öz sözünü son anda dedi. Ayaks artıq Kopenhagenlə də oynayıbdır. Qarabağ Kopenhagenə qalib gəlibdir. Yəni, haradasa düşünürəm ki, xallar götürmək olar ev oyunlarında.

Amma səfərdə - Liverpul, Frankfurt, Atletiko, Napoli – bunlar çox güclü komandalardır. Amma futbolda da hər şey ola bilər. Vaxtilə getdi İspaniyada Atletikodan bir xal götürdü. Yəni, hər hansı bir komandadan sürpriz edib xal götürə bilər.

Amma burada artıq nəticə yox, daha çox Qarabağın yaxşı oynayıb öz gücünü göstərməsi vacibdir - mən düşünürəm. Və mən düşünmürəm ki, siyasəti futbola qatmaq onun xeyrinədir. Bu, futboldur, hamıya aiddir. Ona görə də çox göz qabağındadır ki, bu cür hallar baş verirsə, mən düşünmürəm ki, hansısa tapşırıqla və ya qəsdən olan bir şeydir.

Onun gerçəkliyi də budur - məncə VAR sistemi var idi. Hər hansısa orada bir şübhəli epizodlar varsa da, ona texniki briqada baxıb qərar verirdi. Belə götürək, Qarabağın qapısına vurulan birinci qolu da əvvəlcə göstərməmişdilər, qolu saymamışdılar. Amma sonradan VAR texnikləri onu göstərdi.O baxımdan düşünmürəm ki, burada hansısa hakim tərəfindən Qarabağa qarşı qəsdən olan addımlar var idi. Qarabağ – bütün çətinliklərə baxmayaraq - artıq oturuşmuş, möhkəm bir komanda formalaşdırıb və bu situasiyalara, bu məqamlara hazırdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Avqust 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri