Icma.az
close
up
RU
Qarabağda bağışlanmaz əməllər: faktlar üzə çıxdı Rəzalətdir!

Qarabağda bağışlanmaz əməllər: faktlar üzə çıxdı Rəzalətdir!

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir müddətdir, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin bağlanacağına dair xəbərlər yayılır. BQXK-nin rəsmi məlumatında bu xəbərlərin doğruluğu təsdiqlənib.

Sözügedən təşkilatla bağlı nələr üzə çıxıb? Humanitar təşkilat olan BQXK hansı qeyri-qanuni fəaliyyətlə məşğul olub?

Globalinfo.az-a danışan Əziz Əlibəyli deyib ki, Qırmızı Xaçın fəaliyyəti ilə bağlı həmişə böyük şübhələr olub:

“Sonrakı mərhələdə də bu şübhələrin əsassız olmadığı üzə çıxdı. Son 30 ildə Ermənistanın maraqlarını müdafiə edən addımlar atıb. Azərbaycan ərazisinə gəlməklə hərbi strateji koordinatların ötürülməsində iştirak edib. Təcili yardım maşınları ilə hərbi obyekt daşıma, terrorçuların bölgədən çıxarılması kimi addımlara əl atıblar. Sonradan bunların fakt kimi cəmiyyətə elan olunması hallarının da şahidi olmuşuq. Zaman keçdikcə, Azərbaycan bir sıra qurumların, funksional təşkilatların mövqeyi ilə bağlı yanaşmasını rəsmi şəkildə açıqlayıb.

BQXK-nin Qarabağdakı qanunsuz fəaliyyətləri ilə bağlı Azərbaycanın açıq faktlara əsaslanan mövqeyi olub. Vətən müharibəsi, ondan sonrakı 3 il ərzində qanunsuzluqlar törətməsi, separatçılara yardım edilməsi və nəticədə ermənilərin əlində olan azərbaycanlı girovlara dəstək olmamaları kimi ciddi faktlar var. Bununla yanaşı BQXK BMT-nin bir sıra funksional qurumlarının da erməni maliyyəsinə əsasən fəaliyyət göstərməsi, anti-Azərbaycan mövqeyindən çıxış etmələri müşahidə olunub. Donald Trampın hakimiyyətə gəlişindən sonra həmin təşkilatlarda yenilənmə prosesi gedir”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli isə məsələyə belə münasibət bildirib:

“Son bir neçə ay ərzində Azərbaycan öz ərazisində beynəlxalq qurumların təmsilçiliyi ilə bağlı məsələləri yenidən nəzərdən keçirir. Bu proses transsərhəd və transmilli media subyektlərinin, o cümlədən beynəlxalq statuslu QHT-lərin və digər təşkilatların fəaliyyətini də əhatə edir. Ötən həftə “Bloomberg”in Azərbaycanda akkreditasiyasının ləğv edilməsi barədə xəbər yayıldı. Bundan bir müddət öncə isə BBC və “Sputnik”in Azərbaycandakı redaksiyaları bağlanılmışdı. O cümlədən, “Amerikanın səsi” radiosunun yerli bürosunun akkreditasiyası ləğv edilmişdi. Adıçəkilən transmilli media subyektlərinin Azərbaycan ərazisində fəaliyyətləri ləğv edilmir. Sadəcə yerli bürolar, filiallar, redaksiyalar əvəzinə müxbirlər səviyyəsində təmsilçilik statusuna dəyişdirilir. Hər media subyektinə bir müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutulur. Bu həftə bir neçə beynəlxalq təşkilatla əməkdaşlıq formatına yenidən baxılacağı barədə xəbərlər yayılıb. Həmin təşkilatların sırasında BMT-nin dörd ofisinin – BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofisləri də yer tutur.

Rəsmi xəbərlərdə bu proses yeni reallıqların yaranması, köhnəlmiş təşkilatlarla əməkdaşlığın effektivliyinin itirməsi ilə izah olunur. Ərazilərimizin işğaldan azad edilməsi və son illərdə əldə edilən  sosial-iqtisadi tərəqqi Azərbaycana imkan verir ki, sosial profilli layihələri  ölkənin öz daxili resurs və imkanları hesabına həyata keçirsin”.

M.Ələsgərlinin sözlərinə görə, indi Azərbaycan bir çox ölkələrdə BMT qurumlarının layihələrinə donorluq edir:

“Bu baxımdan bəzi beynəlxalq təşkilatların, o cümlədən BMT-nin adı çəkilən strukturlarının Azərbaycanda fəaliyyət göstərməsinə ehtiyac qalmır.

İndiyədək Azərbaycanda büro, filial, redaksiya açmağa nail olmuş xarici media subyektləri kritik dönəmlərdə ölkəmizə fayda yox, ziyan verdilər. 2020-ci ildə – İkinci Qarabağ müharibəsi dönəmində, 2023-cü ildə – antiterror əməliyyatları zamanında, yaxud 2024-cü ildə COP29 sammiti Bakıda keçiriləndə həmin büro, filial, redaksiyalar təxribata əl atdılar. Azərbaycanın haqq səsini yaymaq, gerçəkləri dünyaya göstərmək əvəzinə,  düşmən ölkənin təbliğat ruporuna çevrildilər.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) də 2023-cü ildə Qarabağda həm Azərbaycan qanunlarını, həm də Komitənin öz prinsiplərini pozdu. Azərbaycan Dövlət Sərhəd Xidməti 2023-cü ildə sənədlərlə, faktlarla sübut etdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin simvolları altında “Laçın” sərhəd buraxılış məntəqəsindən keçid edən avtomobillər qaçaqmal daşınmasında iştirak edirlər. Onların qaçaqmal formasında daşıdıqları əşyaların humanitar aksiyaya heç bir aidiyyəti yox idi. Əksinə, əhali üçün təhdid yaradan  separatçı qüvvələrin təminatına xidmət edirdilər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli təmsilçilərinin Ermənistanın təsirinə düşərək Qarabağda qanunazidd əməllərə bulaşmaları, qaçaqmalçılıq prosesinə qatılmaları rəzalət idi. Belə hərəkətlər 160 il müddətində humanitar missiya ilə çıxış etmiş BQXK-nin imicinə ciddi zərbə vurdu. Aşkara çıxan bu və digər faktlar, təbii olaraq, BQXK ilə münasibətləri yenidən nəzərdən keçirməyi zəruri edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Mart 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri