Qarabağda fəaliyyət göstərən dövlət xidmətinin rəhbərinin müavinlərinin sayı artırıldı
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, dəyişikliklə xidmətin icraçı direktorunun müavinlərinin sayı artırılaraq üçə çatdırılıb.
Qeyd edək ki, öncə icraçı direktorun bir müavini vardı.
Həmçinin dəyişikliyə görə, icraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə onun müavinlərindən biri icra edir.
Müəyyən edilir ki, icraçı direktor və onun müavinləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
Bu Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 31 İyul 2025 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















