Icma.az
close
up
RU
Qarabağda geoloji kəşfiyyat və bərpa olunan enerji layihələri

Qarabağda geoloji kəşfiyyat və bərpa olunan enerji layihələri

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İşğaldan azad olunmuş ərazilərdə geoloji kəşfiyyat işləri Azərbaycan üçün strateji və iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır. Bu ərazilər uzun illər ərzində nəzarətsiz qaldığından, oradakı təbii resurs potensialı, yeraltı sərvətlər və ümumilikdə geoloji vəziyyət barədə məlumatlar məhdud idi. 2020-ci ildən sonra Azərbaycan dövləti həmin bölgələrdə genişmiqyaslı geoloji tədqiqat və kəşfiyyat proqramları həyata keçirməyə başlayıb.

Məqsəd ərazilərin geoloji xəritələrinin yenilənməsi və geoloji strukturunun öyrənilməsi, faydalı qazıntı yataqlarının (metal, qeyri-metal, tikinti materialları, termal sular və s.) yenidən qiymətləndirilməsidir. Bununla yanaşı, ətraf mühitin geoloji və ekoloji vəziyyətinin öyrənilməsi, torpaq və su resurslarının bərpasına dəstək, regionun iqtisadi inkişaf planlarına uyğun olaraq mineral-xammal bazasının formalaşdırılması nəzərdə tutulur.

Əsas fəaliyyət istiqamətləri geoloji xəritəçəkmə və aerogeofiziki tədqiqatlar (dron, peyk və aviasiya üsulları ilə), yer səthi və dərinlik nümunələrinin götürülməsi, laborator analizlər (kimyəvi, petrografik, radiometrik), metal filizləri və qeyri-metal faydalı qazıntı yataqlarının (qızıl, mis, mərmər, bazalt, gil, qum-çınqıl və s.) öyrənilməsidir. Yeraltı suların və hidrogeoloji şəraitin tədqiqi — xüsusilə içməli və termal suların ehtiyatlarının müəyyənləşdirilməsi, geotexniki və mühəndis-geoloji tədqiqatlar — infrastruktur və tikinti layihələri üçün zəruri baza məlumatların hazırlanması istqiqamətində işlər həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilər zəngin təbbi resurslara malikdir. Xüsusən də Kəlbəcər və Laçın – qızıl, civə, mis və digər metal yataqları ilə zəngindir (Zod, Soyudlu, Qızılbulaq və s.). Zəngilan və Qubadlı tikinti materialları və mərmər yataqları, həmçinin yeraltı su ehtiyatlarına malikdir. Füzuli, Cəbrayıl, Ağdam və Tərtər – əsasən tikinti materialları (gil, qum, çınqıl) və torpaq resursları baxımından öyrənilir. Şuşa – karbonat süxurlar (daş, mərmər), həmçinin mineral sular (İstisu) ilə tanınır.

Bu işlərlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (Xüsusilə “Milli Geoloji Kəşfiyyat Xidməti”), Azərbaycan Geologiya və Geofizika İnstitutu məşğuldur. “AzerGold” QSC qiymətli metal yataqlarının bərpası və istismarı, Dövlət Mineral Xammal Ehtiyatları Komitəsi resursların qeydiyyatı və təsdiqini həyata keçirir.

Əldə olunan məlumatlar əsasında yeni mədənlərin istismarına başlanması (məsələn, Qızılbulaq və Vejnəli yataqları), sənaye və tikinti sektoruna xammal təminatı, regionda dayanıqlı iqtisadi zonaların inkişafı yaradılması (məsələn, “Şərqi Zəngəzur” və “Qarabağ” iqtisadi zonaları) baxımından əlverişlidir. Ekoloji reabilitasiya və ətraf mühitin monitorinq sistemlərinin qurulması da mümkündür.

Qarabağ faydalı qazıntılarla çox zəngindir. Burada 160-dan çox faydalı qazıntı yataqlarına, o cümlədən qızıl, gümüş, mis, əlvan metallar, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və s. rast gəlinir. Bu yataqlar işğal dövründə ermənilər tərəfindən talan edilsə də, indi həmin təbii resurslar Azərbaycan dövləti tərəfindən istimar ediləcək. Ölkə sənayesini uzun illər təmin edə və iqtisadiyyatımızı möhkəmləndirmək üçün satışa çıxarıla bilən mineral-xammal bazamız var. Mütəxəssislərin təqribi hesablamalarına görə, ölkəmizin potensial mineral-xammal ehtiyatlarının (28 əsas faydalı qazıntı növü üzrə) ümumi dəyəri dünya bazarı qiymətləri ilə 35-40 mlrd. ABŞ dolları civarındadır. Kəşf olunmuş faydalı qazıntı yataqlarının yalnız 40%-i istismara cəlb olunub. “AzerGold” tərəfindən 2035-ci ilədək əlvan və qara metal yataqlarının səmərəli istismarı ilə ölkənin məcmu ÜDM-nə 21,9 milyard manat həcmində töhfənin verilməsi proqnozlaşdırılır.

Bunlarla yanaşı “AzerGold” QSC xarici əlaqələrini də genişləndirir. 2025-ci il sentyabrın 23-də Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (“AIIF 2025”) çərçivəsində “Daşkəsən Dəmir Filiz” (DDF) MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti arasında birgə müəssisə müqaviləsi imzalanıb. Sazişə əsasən, tərəflərin yaratdığı birgə müəssisə – “Azerbaijan Metal Company” MMC-nin idarə edilməsi və fəaliyyət istiqamətləri təsdiqlənib. Müqaviləni “AzerGold” QSC-nin törəmə şirkəti DDF MMC-nin Baş direktoru Ceyhun Əliyev və “Fonte Capital Ltd” investisiya şirkətinin Baş direktoru Yerjan Musin imzalayıb. Qeyd edək ki, adıçəkilən şirkət Qazaxıstanın geniş şaxələndirilmiş investisiya portfelinə malik “Fonte Capital Ltd” investisiya şirkətininin idarəetməsində olan müəsissələrdən biridir. Yeni təsis edilmiş birgə müəssisə illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, qurulması və istismarı ilə məşğul olacaq. Şəmkir rayonu ərazisində tikilməsi planlaşdırılan zavodun 2029-cu ilin əvvəlində istismara verilməsi, burada müasir, ekoloji cəhətdən təhlükəsiz texnologiyalardan istifadə olunması nəzərdə tutulub.

Dünya bazarında tarixən qızıl həmişə özünəməxsus yerə malik olub, bu gün də çox qiymətli əmtəədir. Son illər sənayedə İKT texnologiyalarının tədbiqi, elektrik avtomobillərinə keçidin sürətlənməsi nəticəsində mis də qiymətli metala çevrilib. Hətta XXI əsrdə onun nefti əvəz edə biləcəyi qədər əhəmiyyəti qeyd olunur. Azərbaycan da son illər bu sahəyə xüsusi diqqət yetirir. Ölkədə zəngin qızıl və mis yataqlarının olması və dövlətin xüsusi marağı isə bu sahənin perspektiv inkişaf imkanlarından xəbər verir.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq, iqtisadi reinteqtasiya tədbirləri aparılmaqdadır və bu istiqamətdə nəzərdə tutulmuş strateji baxışlardan biri də bu ərazilərdə yaşıl enerji zonasının yaradılmasıdır. Yaşıl enerji zonası - enerji tələbatı yaşıl enerjidən (bərpa olunan enerji mənbələrindən) maksimum istifadə edilməklə təmin edilən və enerji dəyər zəncirində ekoloji təmiz və enerji baxımından səmərəli "yaşıl" texnologiyalardan istifadə edilən ərazidir. Azərbaycanda gələcək iqtisadi inkişafın ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası sahəsində işlərin artırılması ilə sıx bağlı olacağını deməyə əsas verir.

Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 6 yanvar 2021-ci il tarixli müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülmüş və bunun üçün həmin ərazilərdə kifayət qədər bərpa olunan enerji potensialının olması bildirilmişdir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2021-ci il tarixli 2620 nömrəli Sərəncamı ilə beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılmış və müvafiq konsepsiya sənədi hazırlanmışdır. Konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanmışdır.

Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verilir.

Mahir Həmzəoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Noyabr 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see150

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see134

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri