Icma.az
close
up
RU
Qarabağda hər kəs topraq icarəyə götürə biləcək

Qarabağda hər kəs topraq icarəyə götürə biləcək

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azad edilmiş ərazilərdə mina təmizləmə işlər gündən-günə sürətlənir. Statistik məlumatlara görə, artıq 600 min hektardan artıq torpaq sahəsi əkin dövriyyəsinə qatılmağa hazırdır. Son illərdə yüz min hektarlarla ərazidə buğda, qarğıdalı və digər kənd təsərrüfatı məhsulları yetişdirilib”.

Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi kənd təsərrüfatı məhsullarının artımı baxımından çox vacibdir:

“Çünki sovetlər dövründə həmin ərazilər ölkə kənd təsərrüfatı ümumi məhsulunun 10-12%-ni ödəyirdi. Əgər mina təmizləmə davam edərsə, həmin torpaqlar əkin dövriyəsinə daxil olarsa, göstərici daha yüksək ola bilər. O torpaqlar münbitdir, orada pambıqçılıq, taxılçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün böyük üçün potensial var. Son illərdə Kəlbəcərə mal-qaranın qaldırılması, arı ailələrinin saxlanması və digər ərazilərdə əkinlərin aparılması göstərir ki, bu torpaqlar gələcəkdə böyük fayda verəcək.

Torpaq icarəsi haqqında qanun var, burada göstərilir ki, istənilən şəxs torpaqları icarəyə götürə bilər. Əgər şəxs sahibkardırsa, imkanı varsa niyə də götürməsin? Sahibkar istənilən yerdən torpaq icarəyə götürüb təsərrüfatla məşğul ola bilər. Hətta xarici ölkə vətəndaşlarına belə torpaq icarəyə götürməyə icazə verilir. Bunu kim başa düşmədən deyirsə ki, niyə Bakıda yaşayan insan Qarabağda torpaq götürür, bu qanunu bilməməzlikdir. Hər bir ölkə vətəndaşının hüququ var ki, istədiyi yerdən torpaq icarəyə götürüb biznesini qursun. Ona görə də həmin ərazilərdə də təhlükəsizlik təmin olunduqca torpaq icarəyə götürə bilər”-T.Rzayev bildirib.

Müsahibimiz qeyd edib ki, həmin ərazilərdə kiçik və orta sahibkarlar indi də faəliyyət göstərirlər:

“600 min hektar torpağın əkin üçün hazır olduğunu qeyd etdim. 100 min hektar ərazidə əkin aparılıb. Bunları əlbəttə ki, sakinlər edib. Bu gün xeyli insan tanıyıram ki, Qarabağda təsərrüfatla məşğul ola bilmək üçün ərazilərin minadan təmizlənməsini gözləyir. O yerlərin təsərrüfatı inkişaf etdirilməsi üçün böyük potensialı var. Amma hər şeydən əvvəl orada təhlükəsizlik tam təmin olunmalıdır. Ermənilər bulaq başına da, qəbir daşlarına da mina basdırıblar. Təhlükəsizlik təmin olunduqdan sonra insanlar sözsüz ki, təsərrüfatla məşğul olmaq üçün oraya axın edəcəklər. Orada müasir texnologiyalardan istifadə edilməlidir, bu gün köhnə üsullarla işləmək mümkün deyil. Ona görə də mütləq insanlar oraya gedəcək”.

Xatırladaq ki, Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”nı təsdiq edib.

Fərmana əsasən, Nazirlər Kabineti “Torpaq icarəsi haqqında” qanuna uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydalarını və tətbiq ediləcək güzəştin həcmini 3 ay müddətində təsdiq edib Prezidenti məlumat verməli, həmin ərazilərdə əhalinin məskunlaşdığı kənd və qəsəbə sakinlərinin kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götürmək məqsədilə “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə müraciət edə bilmələri üçün onların təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin edilməsi ilə bağlı tədbirlər görməli, yenilənmiş qanundan və fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Noyabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see312

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see286

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see276

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see270

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see255

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see254

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see245

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see242

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see242

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see239

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see234

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see223

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see222

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see215

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see209

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see208

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see203

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see196

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see196

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri