Icma.az
close
up
RU
Qarabağda silsilə yanğınlar: qəsdən edilir, yoxsa... İnanılmaz detallar

Qarabağda silsilə yanğınlar: qəsdən edilir, yoxsa... İnanılmaz detallar

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qarabağda yenidən yanğınların başlanması narahatlığa səbəb olub. Məlumata görə, hadisə Ağdam rayonunun Əliağalı, Yeni Qaralar, Ağdərənin isə Qazançı və Sırxavənd kəndləri ərazisində baş verib. Bildirilir ki, alov sürətlə ətrafa yayılır, minalar partlayır. Hazırda yanğınların söndürülməsinə iki helikopter cəlb edilib. Bundan əvvəl Laçında da oxşar hal müşahidə olunub. Belə ki, iki qardaşın səhlənkarlığı ucbatından böyük yanğın olayı yaşanıb. Hər iki hadisə vətəndaşlarda müəyyən suallar yaradıb. Hətta düşünülür ki, bu, bilərəkdən edilir.

Bu dəfə Qarabağda baş verən yanğına səbəb nədir? Təsadüfdürmü, yoxsa kimsə qəsdən “bu alovu qızışdırır”?

Globalinfo.az-a danışan deputat Aqil Abbas yanğının qəsdən törədilmədiyini düşünür:

Aqil Abbas

“Fikrimcə, bu, təbii fəlakətdir. Hazırda o ərazilərdə erməni yoxdur. Ölkədə 2 milyona yaxın mina var. Ehtiyatsızlıqdan belə partlayışlar hələ çox olacaq. İnanmıram ki, kimsə qərəzli şəkildə yanğın törətsin”.

Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza isə deyib ki, yanğınlar bir neçə səbəbdən baş verir.

Onun sözlərinə görə, burada ehtiyatsızlıq əsas amillərdən biridir:

“Hətta yanğının qəsdən törədilməsi mümkünür. Bəzən ərazi yanan zaman onu söndürmək üçün qarşı tərəfdə olan yer də yandırılır. Böyük ərazilərdə yanğınlar məhz bu cür söndürülür. Amma hadisənin məqsədli şəkildə olması da mümkündür. Belə ki, bu yolla boş ərazilərdə minalar üzə çıxarılır və partladılır”.

Rəşad Rza

Hazırda baş verən yanğınlara gəlincə, ekspert araşdırmaların davam etdiyini vurğulayıb:

“Yəqin istintaq yekunlaşdıqdan sonra ictimaiyyətə dəqiq açıqlama veriləcək və hadisənin necə baş verdiyi hər kəsə məlum olacaq. Burada erməni faktoru da ola bilər. Yanğının onlar tərəfindən törədilməsi mümkündür. Ermənilərin məqsədi bizə zərər vurmaq, hadisələri qızışdırmaqdır. Onsuz da bilirlər ki, ora boş ərazidir. Bu cür məqsədlərin olması danılmaz faktdır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 İyul 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri