Icma.az
close
up
RU
Qarabağda üç bayraq, bir güc: “Birliyin Gücü 2026” nə mesaj verir?

Qarabağda üç bayraq, bir güc: “Birliyin Gücü 2026” nə mesaj verir?

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təlimin Qarabağla yanaşı, Naxçıvan və Xəzər dənizini əhatə etməsi isə mənzərəni daha geniş coğrafiyaya yayır. Quru, hava və dəniz qüvvələrinin, eləcə də pilotsuz uçuş aparatlarının cəlb olunması üç ölkənin müxtəlif qoşun növlərinin koordinasiyasını və vahid əməliyyat mühitində fəaliyyət imkanlarını sınaqdan keçirməyə yönəlib. Bu baxımdan “Birliyin Gücü” sadəcə şəxsi heyətin taktiki bacarıqlarının artırılması deyil, birgə planlaşdırma, qarşılıqlı fəaliyyət və operativ uzlaşma mexanizmlərinin inkişafı kimi qiymətləndirilə bilər.

Təlimin iştirakçı coğrafiyası da xüsusi diqqət çəkir. Azərbaycan Cənubi Qafqazı, Türkiyə Avropaya çıxışı, Özbəkistan isə Mərkəzi Asiyanı təmsil edir. Bu üç ölkənin hərbi əməkdaşlığının praktiki müstəvidə dərinləşməsi Xəzər üzərindən Cənubi Qafqazla Mərkəzi Asiya arasında formalaşan əlaqələrin təhlükəsizlik komponentini gücləndirir. Bu mənada Qarabağ–Naxçıvan–Xəzər xətti yalnız təlim coğrafiyası deyil, Azərbaycan, Türkiyə və Özbəkistan arasında strateji əlaqələrin coğrafi bağlantılarını nümayiş etdirən bir platforma kimi də diqqət çəkir.

Burada Qarabağ amili xüsusilə önə çıxır. 2020-ci ilin 44 günlük Vətən  müharibəsindən və 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra bölgənin təhlükəsizlik arxitekturasında fundamental dəyişiklik baş verib. Bir vaxtlar xarici hərbi qüvvələrin və qanunsuz silahlı birləşmələrin mövcudluğu ilə gündəmə gələn ərazilərdə indi Azərbaycan, Türkiyə və Özbəkistan kimi dövlətlərin hərbçiləri birgə təlim keçirir, təcrübə mübadiləsi aparır və qarşılıqlı fəaliyyət imkanlarını inkişaf etdirirlər. Bu, Qarabağın təhlükəsizlik statusunda baş verən dəyişimin simvolik ifadəsidir.

Digər mühüm məqam isə Türkiyə-Azərbaycan münasibətlərinin Mərkəzi Asiyaya doğru genişlənməsi, hərbi-siyasi istiqamətdə atılan birgə addımlardır. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri artıq yalnız ikitərəfli siyasi və hərbi əməkdaşlıq çərçivəsində qalmır. Özbəkistanın da bu prosesdə daha fəal iştirakı Türk Dövlətləri Təşkilatı məkanında müdafiə və təhlükəsizlik sahəsində praktiki əməkdaşlıq imkanlarının genişləndiyini göstərir. Burada hələ vahid hərbi blokdan danışmaq çox tezdir, lakin birgə təlimlər, müdafiə sənayesi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi gələcək institusional əməkdaşlıq üçün baza yarada bilər.

“Birliyin Gücü-2026”nın mesajlarından biri də Azərbaycan ərazisinin regional təhlükəsizlik və hərbi əməkdaşlıq baxımından artan roludur. Qarabağda keçirilən təlim Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yaranmış yeni reallığın praktiki nəticələrindən biri kimi təqdim olunur. Naxçıvan və Xəzərin də təlim coğrafiyasına daxil edilməsi isə Azərbaycanın həm Cənubi Qafqaz, həm Xəzər, həm də Türk dünyası arasında bağlantı yaradan strateji mövqeyini ön plana çıxarır.

Nəticə etibarilə, “Birliyin Gücü-2026”nı yalnız üç ordunun taktiki hazırlığı kimi qiymətləndirmək təlimin daha geniş mənasını məhdudlaşdırardı. Bu təlim Qarabağda dəyişən təhlükəsizlik reallığının, Azərbaycan-Türkiyə-Özbəkistan hərbi əməkdaşlığının dərinləşməsinin və Cənubi Qafqazla Mərkəzi Asiya arasında strateji əlaqələrin praktiki müstəvidə möhkəmlənməsinin göstəricisidir. Bir vaxtlar müharibənin izlərini daşıyan Qarabağda bu gün üç ölkənin hərbçilərinin çiyin-çiyinə təlim keçməsi isə dəyişən regionun ən diqqətçəkən simvollarından biridir.

Mürtəza Bünyadlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Oktyabr 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri