Icma.az
close
up
RU
Qarabağda yaşamaq və işləmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Qarabağda yaşamaq və işləmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

2025-ci ildə Qarabağ və Şərqi Zəngəzurda bir sıra güzəştlər və təşviqlər tətbiq olunacaq.

News24.az xəbər verir ki, bu güzəştlər Qarabağ və Şərqi Zəngəzurun sürətli inkişafına, iqtisadiyyatın diversifikasiyasına və yerli əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edəcək.

Bəs hansı güzəştlər tətbq ediləcək? İşğaldan azad olunmuş ərazilərlə bağlı yeniliklər nədən ibarət olacaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə uzunmüddətli güzəştlər tətbiq olunur. Artıq 10 il müddətində işğaldan azad olunmuş ərazilərimizdə vergi güzəştlərinin tətbiqinə başlanılıb:

"Praktik olaraq həmin ərazidə çalışan şirkətlər demək olar ki, bütün vergilərdən azaddır və vergi güzəştlərindən istifadə etməklə daha çox sərmayənin cəlb edilməsi hədəflənir.

Eyni zamanda, həmin ərazidə çalışan vətəndaşlarımız üçün həm birdəfəlik 600 manat müavinət, həm də onların sosial haqlarının dövlət tərəfindən kompensasiya edilməsi kimi güzəştlər var. Bu da həmin ərazilərə işçilərin cəlb edilməsi baxımından vacib yanaşmalardan biridir. Nəticədə daha çox məşğulluğunun təmin edilməsi məqsədi daşıyır.

Azad olunmuş ərazilərimizdə mütəmadi olaraq əmək yarmarkalarının keçirilməsini də müşahidə edirik. Eyni zamanda biznesin cəlb edilməsi ilə bağlı işlər intensivləşib. Təbii ki, məskunlaşan vətəndaşlarımızın sayının artması həmin ərazilərimizdə daha çox istehlakçının olması anlamına gəlir. İstehlakçıların sayının artması da biznesin həmin ərazilərimizə sərmayə qoyuluşunu təşviq edir.

Məskunlaşma intensivləşdikcə daha çox sərmayənin Qarabağ və Şərqi Zəngəzura yönəldilməsini müşahidə edəcəyik. Eyni zamanda 2025-ci ildə işğaldan azad olunmuş ərazilərimizdə intensiv məskunlaşma davam edəcək. Ağdam şəhəri daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizdə məskunlaşma həyata keçiriləcək. Bu il Qarabağ və Şərqi dövlət büdcəsindən ən azı 4 milyard manat vəsait xərclənəcək. 2026-cı ilin növbəti ilin sonunadək işğaldan azad olunmuş ərazilərimizdə 140 min vətəndaşımızın məskunlaşacağı gözlənilir".

Qeyd edək ki, azad edilmiş ərazilərdə məskunlaşmış bütün vətəndaşlarlar peşə təhsil müəssisələrində təhsil aldıqda güzəştlər onlara da şamil olunacaq. Bununla bağlı Milli Məclisdə "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlarında dəyişiklik edilməsi ilə bağlı layihə müzakirəyə çıxarılıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Fevral 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri