Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İşğaldan azad edilmiş ərazilərdə yeni fəaliyyətə başlayacaq məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə işə qəbul üçün müsahibə mərhələsinə başlanılır.
Axar.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında işğaldan azad edilmiş ərazilərdə yaşayan və digər dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində çalışan şəxslər müsabiqədənkənar qaydada qəbul ediləcəklər.
Vakansiya seçimində yalnız 2025-ci ildə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müsahibədə uğur qazanan və ən yüksək test balına malik namizəd seçim etdiyi vakant vəzifəyə təyinat alacaq.
Qeydiyyat zamanı şəxsi məlumatların düzgün, tam və dəqiq qeyd edilməsi xahiş olunur.
Qeydiyyatın son tarixi:
05.10.2026-cı il, saat 10:00
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 30 Sentyabr 2026 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















