“Qarabağ”dan idman jurnalistlərinə yubiley jesti Həmkarlarımızı futbol turnirinə dəvət etdilər
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda idman jurnalistləri arasında futbol yarışması keçiriləcək.
Mia.az xəbər verir ki, turnirdə Peşəkar Futbol Liqasında 2024-2025-ci il mövsümü üçün akkreditasiyadan keçmiş idman jurnalistləri iştirak edəcək.
Turnirin təşkilatçısı “Qarabağ” Futbol Klubudur (FK). Yarış Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunur. Oyunlar iyulun 17-18-də baş tutacaq. Hər komandada minimum 10, maksimum 12 oyunçu yer alacaq. Jurnalistlər turnir üçün öz heyətini və kapitanını formalaşdırandan sonra komandanın kapitanı öz siyahısını kluba göndərməlidi. İyulun 12-dək müraciətlər qəbul olunacaq.
Turnirin matçları oyunlarınınTofiq Bəhramov adına Respublika stadionunun məşq meydanında keçirilməsi nəzərdə tutulur. Yarışın keçirilmə formatı komandaların sayı dəqiqləşdikdən sonra bəlli olacaq.
Qeyd edək ki, turnir barədə əlavə məlumatın verilməsi gözlənilir.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Baxış sayı:107
Bu xəbər 07 İyul 2025 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















