Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Qarabağ”ın fəlakətli bəxtsizliyi Avropa belə şey görməmişdi

“Qarabağ”ın fəlakətli bəxtsizliyi Avropa belə şey görməmişdi

Icma.az, Qol.az saytına istinadən bildirir.

Cümə axşamı Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. Bundan sonra 1/8 finala yüksələn 16 komandanın hamısı bəlli olub. Və bu klubların siyahısına baxsanız...

Azərbaycan çempionu "Qarabağ" hazırkı Avropa Liqasında iştirakını hələ yanvarın 30-da başa vurmuş və pley-offa çıxmaq şansını daha erkən itirmişdi. Qurban Qurbanovun komandası turniri sonuncu - 36-cı yerdə bitirmişdi. Bundan sonra “Qarabağ” kifayət qədər tənqidlə üzləşdi. Aralarında haqlı olanları da vardı. Amma indi bir məqamın üstündən keçsək, ədalətsizlik olar. Çünki bu, ağdamlıların cari Avropa Liqasındakı çıxışı ilə birbaşa bağlı məsələdir.

Beləliklə, 1/8 finalda çıxış edəcək komandalara nəzər salaq. 

Bu mərhələdə yarışacaq 16 klubdan altısı (!) “Qarabağ”ın rəqibi olub. Liqa mərhələsinin səkkiz turundan sonra ilk səkkizlikdə yer alanlar sırasında İngiltərənin “Tottenhem” (4-cü yer), Fransanın “Lion” (6-cı yer) və Yunanıstanın “Olimpiakos” (7-ci yer) komandaları olub. Norveçin “Bodo-Qlimt” (9-cu), Rumıniyanın FCSB (11-ci) və Niderlandın “Ajaks” (12-ci) klubları isə “səkkizliyə” düşməyə çox yaxın idi. Norveç və Rumıniya təmsilçiləri yalnız top fərqi daha pis olduğuna gör ilk səkkizlikdə yer ala bilmədilər.

“Bodo-Qlimt”, FCSB və “Ajaks” cümə axşamı günü pley-off mərhələsini (şərti olaraq 1/16 final) uğurla keçdi. Onların məğlub etdiyi komandalar müvafiq olaraq Niderlandın “Tvente”, Yunanıstanın PAOK və Belçikanın “Yunion” klubları idi.

“Qarabağ”ın yarışdığı 8 komandadan cəmi ikisi çıxışını başa vurub. Bunlar İsveçin “Malmö” və “Elfsborq” klublarıdır. Onlar 1/16 finala yüksələ bilməyiblər.

Bir daha vurğulayaq: “Qarabağ” Avropa Liqasının 1/8 finalına yüksələn 16 komandadan altısı ilə oynayıb!
İndi gəlin görək daha kimin bu qədər çox rəqibi 1/8 finala qədər gəlib. Heç kimin!

Avropa Liqasının əsas mərhələsini Romanın “Latsio” komandası 1-ci yerdə başa vurub. İtalyanlar sonradan 1/8 finala yüksəlməyi bacaran komandaların yalnız ikisi ilə qarşılaşıb.

Türkiyə təmsilçisi "Qalatasaray" üç belə komanda ilə qarşılaşıb. İstanbullular cümə axşamı Niderland təmsilçisi “AZ Alkmaar”ı keçə bilməyərək Avropa Liqasını tərk ediblər. Avrokuboklarda qalan yeganə Türkiyə təmsilçisi “Fənərbaxça” isə 1/8 finalın yalnız 4 komandası ilə üzə-üzə gəlib. 

“Qarabağ” isə altı komanda ilə!

Azərbaycan çempionu səkkiz turda cəmi 3 xal toplaya bilib. 35-ci yeri tutan Fransanın "Nitsa" komandası da eyni xalı yığlb. Onlar 1/8 finalın gələcək dörd iştirakçı ilə qarşılaşıb.  Eyni vəziyyət 34-cü yerdə olan Kiyev “Dinamo”su üçün də keçərlidir.

Xeyr, biz bu statistika ilə “Qarabağ”ın bumövsümkü uğursuz çıxışına haqq qazandırmırıq. Komanda zəif oynadı və inanmaq istərdik ki, Qurban Qurbanov uğursuzluğun əsl səbəblərini dərindən öyrənəcək. Lakin bununla yanaşı, Azərbaycan klubunun, artıq qeyd edildiyi kimi, rəqibləri ilə bağlı fəlakətli bəxtsizliyi də yaşanıb. Onlardan altısı avrokubok mövsümünə mükəmməl hazırlaşmışdı. “Qarabağ”dan fərqli olaraq…

(haqqın.az saytından tərcümə ilə)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://qol.az
archiveBu xəbər 21 Fevral 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri