“Qarabağ”ın iki futbolçusu bu il meydana ÇIXMAYACAQ
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qarabağ"ın iki futbolçusu ilin sonunadək meydana çıxmayacaq.
Bizim.Media xəbər verir ki, bunlar yarımmüdafiəçi Aleksey İsayev və müdafiəçi Kevin Medinadır.
Azərbaycan millisinin də üzvü olan A.İsayev bu gün əməliyyat olunacaq. Əvvəlcədən zədəsi olan oyunçu qasıq yırtığından cərrahi müdaxiləyə ehtiyac duyacaq. O, təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.
Kevin Medina isə baldır əzələsinin gərilməsi ucbatından 4-6 həftə müalicə dövrü keçəcək.
Kolumbiyalı legioner "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XV turunun matçında sıradan çıxıb.
Bizim.Media
Baxış sayı:36
Bu xəbər 06 Dekabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















