Icma.az
close
up
RU
“Qarabağ”ın oyunu ərəfəsində vacib detallar: O xəbərlərə bel bağlamayın

“Qarabağ”ın oyunu ərəfəsində vacib detallar: O xəbərlərə bel bağlamayın

Icma.az bildirir, Olke.az portalına istinadən.

Oyunun İngiltərədə keçilməsinə baxmayaraq, matça azarbaycanlı azarkeşlərin böyük marağı var. Komandamıza yaxşı dəstək olacaq. Məndə olan xəbərə görə, 22 yanvar günortaya qədər “Enfild”dəki qarşılaşma üçün “Qarabağ” azarkeşlərinə artıq 1200-ə yaxın bilet satılmışdı. Bu say artan xətt üzrə davam edir. Ümumən qonaq komanda olduğu üçün UEFA-nın qaydalarına əsasən, “Qarabağ”a “Enfild”in tribunalarının 5 faizi həcmində yer ayrılıb - 3 mindən bir qədər çox.

Ölkə.Az-ın məlumatına görə, bu barədə tanınmış idman jurnalisti, Qol.az saytının baş redaktoru Aydın Bağırov bildirib.

O qeyd edib ki, “Qarabağ” oyundan 2 gün əvvəl Liverpula uçacaq: "Uzun yolçuluq olacaq. Hardasa 7 saat. Oyun əslində yanvarın 29-da deyil, 28-də keçiriləcək. Çempionlar Liqasında 8-ci turun bütün 18 görüşü Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da başlanacaq. Bu bizim vaxtla yanvarın 28-dən 29-na keçən gecəyə - saat 00:00-a təsadüf edir deyə, ictimaiyyətdə bir qədər çaşqınlıq yaranıb".

Jurnalistin sözlərinə görə, “Liverpul" qalib gəlməlidir ki, 1/8 finala vəsiqəni təmin etsin: "İlk səkkizlikdən kənarda qalaraq pley-off-a düşmək ingilislər üçün uğursuzluq sayılacaq. Hazırda klubun üzərində azarkeşlərin təzyiqi var. Premyer Liqada son uğursuz nəticələrdən - 4 oyun, 4 heç-heçədən sonra komanda hər oyun azarkeşləri tərəfindən fitə basılır. Baş məşqçi Arne Slotun taxtı laxlamağa başlayıb. “Qarabağ"a isə "pley-off"a adlamaq üçün 1 xal da kifayət edəcək. Amma Ağdam klubunun nəzəri baxımdan həmin mərhələdə oynamaq şansı uduzsa belə qalacaq. Bu, digər bir neçə matçın nəticəsindən də asılı olacaq".

A.Bağırov transfer xəbərləri barədə də fikir bildirib: "Bəzi İnstaqram vı tiktok səhifələrinin uydurma, dəqiqləşdirilməmiş, yoxlanılmamış transfer xəbərlərinə çox da bel bağlamayın. 95 faizi futbol menecerlərinin ucuz piarıdır. Kiminsə qışda “Qarabağ”ı tərk edəcəyi gözlənilmir, amma güman ki, tezliklə bir nəfər gələcək. Son anda danışıqlar pozulmasa".

Ölkə.Az xatırladır ki, "Qarabağ" yarımmüdafiə xəttini gücləndirməyi düşünür və Danimarkanın "Orhus" klubunun yarımmüdafiəçisi Kevin Yakobla maraqlandığı bildirilir. "Fotbolltransfers"in məlumatına görə, 25 yaşlı futbolçunun agenti vəziyyətlə bağlı şərh verərək qeyd edib: "Kevin klubda xoşbəxtdir və yaxşı mövsüm keçirir. Bir neçə komanda ona maraq göstərir, amma bütün tərəflərə hörmət etdiyim üçün onların adını çəkə bilmərəm".

Kevin Yakobun Orhusla müqaviləsi 2027-ci ilin yayına qədərdir. Bu mövsüm yarımmüdafiəçi 18 matçda meydana çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib. O, İraq millisində debütünü 2023-cü ildə edib.

Bundan əlavə, müdafiəçi Bəhlul Mustafazadənin də klubdan ayrılacağı ilə bağlı söz-söhbətlər dolaşır. Onun hətta Çin klubu ilə anlaşdığı, "Qarabağ"ın yaxın zamanlarda futbolçu barədə qərar verəcəyi söylənilir. O cümlədən Marko Yankoviçin də Ağdam təmsilçisi ilə vidalaşacağı transfer xəbərləri sırasındadır.

"Atlılar"ın baş məşqçisi Qurban Qurbanov isə transferlə bağlı danışarkən yeni futbolçularla danışıqların aparıldığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Yanvar 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri