“Qarabağ”ın rəqibi Almaniya futbolunun antireytinqində ilk üçlükdə yer alıb
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Almaniya Futbol İttifaqı (DFB) 2024/25 mövsümündə azarkeşlərin qeyri-etik davranışına görə ölkənin üç ən yüksək liqasında çıxış edən klublara ümumilikdə 12 milyon avrodan artıq cərimə tətbiq edib.
İdman.Biz “Kicker” nəşrinə istinadən xəbər verir ki, cərimələrin həcminə görə liderlər sırasında Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasındakı rəqibi olan Frankfurt “Ayntraxt”ı da yer alıb.
“Qartallar” ümumi cərimə məbləğinə görə ikinci pillədə qərarlaşıb. Frankfurt klubu azarkeşlərin davranışı səbəbindən 764 min avrodan çox cərimələnib.
Antireytinqin ilk sırasında ötən mövsüm II Bundesliqada çıxış etmiş “Köln” yer alıb. Klub 900 min avrodan artıq məbləğdə cərimə olunub. Üçüncü pillədə isə 623,5 min avro cərimə ilə “Hamburq” qərarlaşıb.
Ümumilikdə, intizam tədbirləri Almaniyanın 56 klubuna şamil edilib.
Qeyd edək ki, “Qarabağ” və “Ayntraxt” Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində yanvarın 21-də Bakıda üz-üzə gələcəklər. Frankfurt klubu bu matçı azarkeş dəstəyi olmadan keçirəcək. UEFA “Ayntraxt”ı ÇL-in əsas mərhələsinin VI turunda “Barselona”ya qarşı oyunda (1:2) azarkeşlərin davranışına görə cəzalandırıb.
Teymur Tuşiyev
İdman.Biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 26 Dekabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















