Icma.az
close
up
RU
“Qarabağ”la oyun “Atletik” üçün həyati əhəmiyyət daşıyır” İspaniya qəzeti

“Qarabağ”la oyun “Atletik” üçün həyati əhəmiyyət daşıyır” İspaniya qəzeti

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın nüfuzlu “Mundo Deportivo” nəşri UEFA Çempionlar Liqasının 3-cü turunda “Qarabağ”la oyun öncəsi “Atletik”ə yazı həsr edib. Oktyabrın 22-də Bilbao şəhərində keçiriləcək bu qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.

QOL.az-ın xəbərinə görə, yazıda bildiirilir ki, “Atletik” milli komandaların oyunlarına görə yaranan fasilədən sonra həm La Liqada, həm də Avropada vacib oyunlara çıxacaq. Komanda bazar günü bu mövsümün sürpriz komandaları ilə qarşılaşacaq: La Liqada səfərdə “Elçe”nin qonağı olacaq, çərşənbə günü isə “San Mames”də Azərbaycan təmsilçisi “Qarabağ”la görüşəcək.

Qeyd edilir ki, “Mayorka” üzərində qazanılan qələbə “Atletik”də vəziyyəti bir qədər sabitləşdirsə də, indi yenidən gərgin təqvim başlayır. Ernesto Valverdenin komandası həm daxili çempionatda, həm də Çempionlar Liqasında inamlı nəticə üçün mübarizə aparacaq.

“Bilbaolular Avropa turnirinə uğursuz start veriblər – ilk iki oyundan sonra aktivlərində xal yoxdur. Bu səbəbdən “Qarabağ”la oyun komanda üçün həyati əhəmiyyət daşıyır. Uğursuz nəticə “Atletik”in “ilk 24-lük” şanslarını xeyli azaldacaq. Bununla belə, Valverdenin futbolçuları üçün bu, ev oyunudur və rəqib nisbətən zəif çempionat təmsilçisidir.

Azərbaycan klubu isə hazırda Çempionlar Liqasında möhtəşəm çıxış edir. Qurban Qurbanovun komandası iki turdan sonra maksimum – 6 xal toplayıb. “Qarabağ” ilk oyunda səfərdə “Benfika”nı 0:2 hesabı ilə geridə olduğu vəziyyətdə 3:2 məğlub edib, daha sonra isə evdə “Kopenhagen”ə 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, onlar pley-off mərhələsinə yüksəlmək yolunda böyük addım atıblar”.

Bildirilir ki, buna qədər “Atletik”i İspaniya çempionatlnda çətin səfər oyunu gözləyir. Yenidən La Liqaya yüksəlmiş “Elçe” baş məşqçi Eder Sarabianın rəhbərliyi altında gözəl oyun tərzi ilə diqqət çəkir. Komanda 13 xalla 7-ci yerdə qərarlaşıb və “Atletik”lə eyni xala malikdir. Fasilədən əvvəl “Elçe” “Alaves”ə uduzsa da, evdə keçirdiyi dörd oyunun üçündə qələbə qazanıb – “Levante” (2:0), “Real Oviedo” (1:0) və “Selta” (2:1).

“Mayorka” üzərində qələbə “Atletik”də psixoloji durumu yaxşılaşdırsa da, Valverde hələ də zədələr səbəbindən seçim baxımından məhdudiyyətlə üzləşir. Sanset, İnyaki Uilyams, Berenguer və Vesqa zədədən yeni qayıdıblar, Niko Uilyams və Paredes isə tam hazır deyil. Baş məşqçi fasilə dövründə yüklənməni tənzimləyib, lakin bu futbolçuların ardıcıl iki matçda oynaması ehtimalı azdır.

Milli komandalarla çıxış edən oyunçulardan yalnız qapıçı Unai Simon tam 180 dəqiqə oynayıb. Laporte cəmi 90, Vivian isə 19 dəqiqə meydanda olub”.

Qəzrt diqqəti həm də ona çəkir ki, “Qarabağ” bu gün Azərbaycan Premyer Liqasında növbəti matçını keçirəcək. Komanda “Turan Tovuz”un qonağı olacaq. Bu səbəbdən onlar “San Mames”dəki oyuna “Atletik”dən təxminən 48 saat artıq hazırlıq vaxtına sahib olacaqlar.

Milli fasilədən sonra “Atletik”i sıx təqvim gözləyir. Komanda yeddi gün ərzində üç oyun keçirəcək: “Elçe” (19 oktyabr), “Qarabağ” (22 oktyabr) və “Getafe” (25 oktyabr). Növbəti matçlar isə “Real Sosyedad” (1 noyabr), “Nyukasl” (5 noyabr) və “Real Oviedo” (9 noyabr) ilə olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://qol.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri