“Qarabağ”la oyunlar Solveti yandırdı : iki cəza, iki itki
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ"la oyunlar "Sabah"ın futbolçusu Stiv Solvet üçün baha başa gəlib. Sport24.az xəbər verir ki, 30 yaşlı müdafiəçi həm Misli Premyer Liqasında, həm də Bizon Azərbaycan Kubokunda cəzalı duruma düşüb.
Fransalı oyunçu "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 28-ci turunun oyununda sarı vərəqə görüb. Çempionatda dördüncü dəfə bu halla üzləşən oyunçu 29-cu turda "Karvan-Yevlax"la görüşü buraxacaq.
Solvet ötən gün "Qarabağ"ı məğlub etdikləri (2:1) Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "sarı" alıb.
O, mayın 13-də "Zirə" ilə final matçında meydana çıxmayacaq.
Bu mövzuda digər xəbərlər:“Qarabağ”la oyunda İKİ YUBİLEY
03 Aprel 2025 10:42
“Qarabağ”la bitdi, “Qarabağ”la başlayır
17 Yanvar 2025 10:23
“Qarabağ”ın “Nyukasl”la oyunlar üçün heyəti
06 Fevral 2026 14:07
“Qarabağ”la oyundan əvvəl itki
12 Fevral 2026 14:46
“Qarabağ”la oyunlar bizim üçün məyusedici ola bilər”
13 Avqust 2025 11:30
Baxış sayı:81
Bu xəbər 23 Aprel 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















