Icma.az
close
up
RU
Qarabağlı şairənin yaradıcılığı pakistanlı baş redaktorun diqqətini cəlb edib

Qarabağlı şairənin yaradıcılığı pakistanlı baş redaktorun diqqətini cəlb edib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycan tarixində çoxlu görkəmli şəxsiyyətlərin adı var. Lakin elə insanlar da var ki, onların irsi təkcə yaşadıqları dövrü əks etdirmir, həm də gələcək nəsillərlə “danışmağa” davam edir. Belə şəxsiyyətlərdən biri də şairə, xeyriyyəçi və nüfuzlu nəslin nümayəndəsi Xurşidbanu Natəvandır. O, güclü xarakteri, incə duyğuları və cəmiyyət qarşısında məsuliyyət hissini özündə birləşdirə bilmişdi. Natəvanın həyatı yalnız sevgi, itkilər və ilham hekayəsi deyil. Bu həyat həm də Qarabağın mədəni inkişaf tarixinin mühüm səhifələrindən biridir. Bu irs bu gün də təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da insanları düşündürür.

Xurşidbanu Natəvanın yaradıcılığı həm də “The Gulf Observer” ingilisdilli beynəlxalq onlayn nəşrinin baş redaktoru və “The Gulf Observer Research Forum” təşkilatının prezidenti Fatimə Tuz Zəhranın diqqətini cəlb edib.

Fatimə Tuz Zəhra AZƏRTAC-a müsahibəsində Natəvanın dövrünün ədəbi və ictimai həyatına verdiyi töhfələr barədə fikirlərini bölüşüb.

O bildirib ki, xanlıq ləğv olunsa da, Natəvan Şuşa şəhərinin həyatında mühüm rol oynamağa davam edib. Şəhər sakinləri ona hörmətlə “xan qızı” deyə müraciət edirdilər. Natəvan Mehdiqulu xan Cavanşirin qızı idi və 1747-ci ildə Pənahəli xan tərəfindən yaradılmış Qarabağ xanları nəslinin son varisi sayılırdı.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Natəvan vaxtının və sərvətinin böyük hissəsini xeyriyyə işlərinə sərf edirdi. O, xüsusilə də Qarabağın müxtəlif yerlərində ictimai bulaqlar tikdirməklə yadda qalıb. Bu addım əhalinin təmiz sudan istifadəsini xeyli asanlaşdırmışdı. Bundan başqa, onun təşəbbüsü ilə istirahət yerləri və parklar salınıb. Bu isə Natəvanın cəmiyyətin rifahına böyük diqqət ayırdığını nümayiş etdirir.

“Şairənin yaradıcılığı Şərq qadınının düşüncə və hisslərini əks etdirir. Eyni zamanda, o dövrün insanlarının həyatını, onların narahatlıqlarını və kədərlərini də çatdırır. Natəvanın şeirləri realizmi, canlı dili və romantik dərinliyi ilə seçilir. Bu əsərlərdə uzun müddət gizli qalan Azərbaycan qadınlarının hiss və narahatlıqları təsvir olunur”, – deyə baş redaktor bildirib.

Fatimə Tuz Zəhra Natəvanın yüksək təhsil səviyyəsinə də diqqət çəkib. Onun sözlərinə görə, şairə Azərbaycan dili ilə yanaşı, fars və ərəb dillərini də bilirdi. O, gənc yaşlarından şeir yazır, mütaliə ilə ciddi məşğul olur, rəssamlığa maraq göstərirdi. Fars dilini bildiyi üçün Natəvan Firdovsi, Sədi, Nizami Gəncəvi, Hafiz, Əlişir Nəvai və Məhəmməd Füzulinin əsərlərini oxuyur və yaradıcılığında tez-tez bu irsə müraciət edirdi.

Baş redaktorun sözlərinə görə, klassik poeziyanın qaydalarını yaxşı bilməsi Natəvanın əsərlərində aydın hiss olunur. Şairə həyatının bir hissəsini Tiflisdə keçirib. Orada rus aristokratiyasının əhatəsində olub və rus dilində təhsil alıb. Bu dövr onun dünyagörüşünün genişlənməsinə ciddi təsir göstərib.

“Natəvanın yaradıcılığı Məhəmməd Füzuli poeziyasının güclü təsiri altında formalaşsa da, o, heç vaxt sadəcə təqlid yolu tutmayıb, öz yolunu axtarıb. Bir çox müasirlərindən fərqli olaraq, o, yalnız məhəbbətdən yazmırdı. Şeirlərində sosial mövzulara, təbiətə və şəxsi hisslərinə də yer verirdi. Xüsusilə sonrakı dövrlərdəki yaradıcılığında ana kədəri mövzusu daha güclü hiss olunur. Natəvan poeziyası yüksək emosional dərinliyi ilə seçilir. Bu şeirlərdə narahatlıq, daxili ağrı və dərin duyğular var. Hətta gözəlliyi təsvir edərkən belə, şairə onu bir qədər kədər və nigaranlıq çalarları ilə təqdim edir. Natəvanın qəzəlləri mövzu və obraz baxımından çox rəngarəngdir. Onun ədəbi irsi çox böyük olmasa da, bu əsərlər ona şan və şöhrət qazandırıb”, – deyə Fatimə Tuz Zəhra bildirib.

O əlavə edib ki, Natəvanın şəxsi həyatı da onun yaradıcılığı üçün zəngin mövzu mənbəyi olub. Şairənin həyatı mühüm hadisələrlə və ziddiyyətlərlə dolu idi. Buna görə də o, şeirlərini səmimi və ilhamla yazır, təkrar və şablonlardan qaçırdı.

Fatimə Tuz Zəhranın sözlərinə görə, Natəvanın yaradıcılığında məhəbbət mövzusu xüsusi yer tutur. Qarabağlı şairə saf hissləri, ayrılığı, həsrəti və qovuşmaq arzusunu böyük səmimiyyətlə təsvir edir. O, həmçinin yaşadığı dövrdə azad və qarşılıqlı sevginin olmaması probleminə də toxunur.

Pakistanlı baş redaktorun sözlərinə görə, Natəvanın sevgi lirikasında təkcə kədər və göz yaşları deyil, həm də insan ləyaqəti, mənəvi saflıq və taleyə dair düşüncələr əks olunur.

Fatimə Tuz Zəhra Natəvanın Qarabağın mədəni mühitinin inkişafına verdiyi töhfəni də vurğulayıb: “O, gənc şairləri dəstəkləyirdi. Məsələn, Fatma xanım Kəminəni ədəbi məclislərə dəvət edirdi. Natəvan həmçinin gələcəkdə Azərbaycan operasının banisi olacaq Üzeyir Hacıbəylinin anası Şirin xanım Əliverdibəyovaya da dəstək göstərirdi. Natəvan harmoniyaya can atırdı. Onun fikrincə, gözəllik və ağıl bir-birini tamamlamalıdır. Şeirlərində həm Tanrıya müraciətlər, həm də aşiq və məşuqların qarşısındakı maneələrin aradan qaldırılması ilə bağlı arzular yer alır”.

Sonda Fatimə Tuz Zəhra bildirib ki, Natəvanın təsiri Qarabağla məhdudlaşmayıb. Onun yaradıcılığı Şəki, Şirvan, Bakı, Quba, Dərbənd və Gəncənin şairlərinə də təsir göstərib.

“Beləliklə, Xurşidbanu Natəvan təkcə tarixi şəxsiyyət deyil. O, həm də Azərbaycan mədəniyyətinin canlı simvollarından biridir. Şəxsi ağrısını poeziyaya, poeziyanı isə əbədi irsə çevirə bilən bir qadındır”, – deyə baş redaktor vurğulayıb.

Müxbir - Tamilla Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Mart 2026 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri