Icma.az
close
up
RU
Qarabasmanın sirri açıldı Beynimiz bizə belə oyun oynayır

Qarabasmanın sirri açıldı Beynimiz bizə belə oyun oynayır

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzən insanlar yuxuda oyandıqlarını hiss edir, lakin nə tərpənə, nə də səs çıxara bilirlər. Sanki görünməyən bir qüvvə sinələrinə oturur, nəfəs almaq çətinləşir. El arasında “qarabasma” kimi tanınan bu halın elmi adı yuxu iflicidir və dünya əhalisinin böyük hissəsi həyatının müəyyən dövründə bu vəziyyətlə qarşılaşıb.

Yenisabah.az xəbər verir ki, qarabasma yəni yuxu iflici (sleep paralysis) insanın yatmaqla oyanmaq arasındakı keçid anında bədənini hərəkət etdirə bilməməsi halıdır. Bu zaman insan ətrafını dərk edir, amma nə danışa, nə də hərəkət edə bilir. Ən qorxulu tərəfi isə halüsinasiyaların yaşanmasıdır. İnsan sanki otaqda biri varmış, yaxud sinəsində ağırlıq hiss edirmiş kimi duyğular yaşayır.

Mütəxəssislər bildirir ki, bu hal REM yuxu mərhələsi ilə bağlıdır. Yuxunun bu dövründə bədən müvəqqəti iflic vəziyyətində olur və bu, yuxuda hərəkət etməmək üçün beyinin müdafiə mexanizmidir. Lakin bəzən beyin oyanır, bədən isə bu vəziyyətdən çıxmır və insan tərpənə bilmir.

Araşdırmalar göstərir ki, qarabasma halı daha çox stress, yuxusuzluq, depressiya və narahatlıq yaşayan insanlarda müşahidə olunur. Eyni zamanda, qeyri-müntəzəm yuxu rejimi, kürəyi üstə yatmaq, gecə növbəli iş və genetik meyllilik də bu vəziyyəti yarada bilər.

Psixoloqların sözlərinə görə, qarabasma zamanı yaşanan kölgələr görmək, qəribə səslər eşitmək, boğulma və nəfəs darlığı hissi beynin yuxu və oyanıqlıq arasındakı keçid dövründə informasiya və duyğuları düzgün qəbul edə bilməməsi ilə bağlıdır. Tez-tez təkrarlanarsa, bu hal panik atak, təlaş və yuxuya getmək qorxusu yarada bilər.

Mütəxəssislər hesab edir ki, qarabasmanın qarşısını tam almaq mümkün olmasa da, aşağıdakı üsullarla onu nadir hala salmaq mümkündür:

Yuxu rejimini sabit saxlamaq

Yatmazdan əvvəl stressi azaltmaq

Kürəyi üstə yatmaqdan çəkinmək

Alkoqol, siqaret və kofeindən uzaq durmaq

Halların tezliyi artarsa, psixoloq və ya nevroloqa müraciət etmək

Qeyd edək ki, hər nə qədər qorxunc görünsə də, qarabasma həyati təhlükə yaratmayan, lakin insan psixologiyasına mənfi təsir edə bilən yuxu pozuntusudur. Əgər bu hal tez-tez təkrarlanırsa, vaxtında mütəxəssis dəstəyi almaq tövsiyə olunur.

 Rəvan Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 İyun 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri