Icma.az
close
up
RU
Qaraciyər çox vacib orqandır

Qaraciyər çox vacib orqandır

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qaraciyər bədəndə olan ən böyük vəzi və cüt olmayan ən iri ölçülü orqandır. Onun orta çəkisi 1,5 kq-dır.Hesablamalara görə qara ciyər orqanizmdə 500-dən artıq müxtəlif funksiyalar icra edir.

Ona görə də qara ciyərin işində baş verən istənilən pozğunluq dərhal bütün orqanizmə mənfi təsir edir. Qara ciyərin xaric edilməsi və ya məhv olması 1-5 gün ərzində labüd şəkildə insanın ölümünə səbəb olur.

Bəs, qara ciyərin əsas vəzifələri hansılardır?

Qara ciyər orqanizmin biokimyəvi laboratoriyasıdır.

Həkimlər onu məhz belə adlandırırlar. Bu qara ciyərin ən əsas funksiyalarından biridir. Məhz burada, dəri, ağ ciyərlər və bağırsaqlar vasitəsi ilə orqanizmə daxil olan ilkin məhsullardan, orqanizmin yaşaması - fəaliyyət göstərməsi üçün vacib olan zülallar, yağlar, limfa və s. maddələr (bunlar olmasa orqanizm yaşaya bilməz) istehsal olunur. Qara ciyər, yağların həzm edilməsi üçün vacib hesab edilən öd də istehsal edir. Gün ərzində qara ciyər 1 litrə yaxın öd hasil edir. Öd, qara ciyərin altında yerləşən öd kisəsində (ödün saxlanması üçün kisə) saxlanılır və lazım olduqda həzm prosesində istifadə olunur.

Qara ciyər – anbardır. Orqanizm üçün gərəkli olan maddələr qara ciyərdə toplanaraq, ehtiyac yarandıqca orqanizm tərəfindən istifadə olunur. Qan zərdabında hər zaman qlyukoza - başqa sözlə desək şəkər olmalıdır. Bu, beyin və əzələ hüceyrələri və eritrositlərin fəaliyyət göstərməsi üçün əsas enerji mənbəyidir. Hüceyrələr hər zaman qlyukoza ilə təmin olunmalıdırlar, əks halda onlar sadəcə olaraq yaşaya bilməzlər. Qlyukozanın ehtiyatı məhz qara ciyərdə saxlanılır. Qlyukoza suda həll olduğu üçün onu ehtiyat şəklində toplamaq orqanizm üçün münasib deyil. Buna görə də qara ciyər, qanda artıq miqdarda olan qlyukoza molekullarını tutaraq, onları həll olunmayan polisaxarid olan qlikogenə çevirərək, qranullar (dənəciklər) şəklində qara ciyər hüceyrələrində saxlayır və tələbat yaranan kimi yenidən qlyukozaya çevirərək qana daxil edir. Qara ciyərdə həmçinin vitaminlərdən - A, D, E, K, S, B12, nikotin və fol turşuları, mineral maddələrdən – mis, sink, kobalt, molibden və s. ehtiyatları da saxlanılır. Qara ciyərdə orqanizm üçün həyati əhəmiyyət kəsb edən və qan hüceyrələri olan eritrositlərin tərkibinə daxil olan, dəmir elementi də toplanılır. Qara ciyər – bədəndə olan tullantıların yenidən emal edilməsi zavodudur.

Orqanizm üçün “artıq” hesab edilən və ya öz funksiyasını sona qədər yerinə yetirən maddələr məhz qara ciyərdə parçalanırlar. Məsələn, qan hüceyrələri olan eritrositlər 120 gün yaşadıqdan sonra qocaldıqları üçün orqanizmdən xaric edilməlidirlər. Qara ciyərdə belə eritrositləri tutaraq onları parçalayan xüsusi hüceyrələr mövcuddur. “Qoca” eritrositlərdən qara ciyərdə öd hazırlanır.

“Artıq” hesab edilən hormonlar da qara ciyərdə parçalanırlar. Qlyukozanın qlikogenə çevrilməsində iştirak edən insulin və qlyukaqon hormonları, cinsi hormonlar olan testosteron və estrogenlər, stres hormonu olan adrenalin və s. bu kimi hormonlardandır. Qara ciyərin xroniki xəstəliyi zamanı “artıq” hormonların qanda yığılması nəticəsində orqanizmin fəaliyyəti xeyli dərəcədə pozulur. Məsələn, qara ciyədə olan xəstəliklər nəticəsində, “artıq” olan cinsi hormonların qanda toplanması nəticəsində, kişilərin və qadınların cinsi sferasında problemlər və hətta sonsuzluq da yarana bilər.

Qara ciyər – təbii filterdir (süzgəcdir).

O, maddələr mübadiləsi nəticəsində orqanizmin özünün daxilində əmələ gələn,

həmçinin, qida, su, hava ilə orqanizmə xarici mühitdən daxil olan – zəhərləri,

toksinləri, kanserogen maddələri (xərçəng xəstəliyini törədə bilən maddələr)

tutaraq onları parçalayır. Bir sıra mürəkkəb biokimyəvi çevrilmələrdən sonra bu

toksinlər suda həll olunan zərərsiz maddələrə çevrilərək, sidik və ya öd vasitəsi ilə

bədəndən xaric olurlar. Qara ciyərin, cəmi bir neçə saat ərzində, öz fəaliyyətini

dayandırması, orqanizmin tez bir zamanda toksiki maddələrlə zəhərlənərək məhv

olmasına səbəb olur.

Qara ciyərdə qanda olan bakteriyaları tutan xüsusi hüceyrələr də vardır. Bu

hüceyrələr tutduqları mikroorqanizmləri udaraq onları məhv edirlər.

Qara ciyər – qan anbarıdır. Qara ciyərdə xeyli qan vardır, ancaq onun heç də hamısı qan dövranında iştirak etmir. Bu qanın kifayət qədər çox hissəsi (ümumi miqdarının 10%-ə qədəri) ehtiyatda saxlanılır. İnsan xeyli miqdarda qan itirdikdə, qara ciyərdə olan damarlar sıxılaraq, öz qan ehtiyatlarını ümumi qan dövranına qovaraq insanı şokdan xilas edir.

Bütün bu deyilənlərdən bizə aydın olur ki, qara ciyər orqanizmin çox vacib olan orqanıdır və onun fəaliyyətinin pozulması bir çox hallarda həqiqi fəlakətə də səbəb ola bilər. Buna görə də təbiət onun etibarlı müdafiəsinin də qayğısına qalmışdır. Qara ciyər çox yüksək dərəcədə davamlılığa və zədələndikdən sonra bərpa olunma xüsusiyyətinə malikdir. Orqanizmdə olan heç bir digər orqan, qara ciyər kimi, regenerasiya edərək öz hüceyrələrini bərpa etmək xüsusiyyətinə malik deyil! Bu orqanın ¾ hissəsini xaric etdikdən sonra, bir neçə həftə ərzində o özünü tam həcmdə və formada bərpa etmək xüsusiyyətinə malikdir! Ancaq bu heyrətamiz xüsusiyyətinə baxmayaraq, zərərli faktorların daimi olaraq ona təsir etməsi nəticəsində o, özünü bərpa etmək funksiyasının öhdəsindən gələ bilmir ki, bu halda, qara ciyərin müxtəlif xəstəlikləri (və hətda ən qorxulu olan qara ciyər sirrozu-məhv olması) inkişaf etmiş olur.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri