Icma.az
close
up
RU
“Qaradağ”da özbaşınalıq: Qanunsuz torpaq satışı edən VƏZİFƏLİ ŞƏXS KİMDİR?

“Qaradağ”da özbaşınalıq: Qanunsuz torpaq satışı edən VƏZİFƏLİ ŞƏXS KİMDİR?

Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər Qaradağ rayon İcra Hakimiyyəti ilə bağlı redaksiyamıza daxil olan şikayətlərin sayı artmaqdadır.

Faktiki olaraq rəhbərsiz qalan rayonda qanunsuzluqlar məcradan çıxıb.

Belə ki, Qaradağ rayon Lökbatan qəsəbəsi, 1-ci massivdə yaşayan bir qrup sakin rayon icra hakimiyyətininin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müavini, Ərazi-təşkilat məsələləri sektoru müdiri Həsənov İmran Elman oğlu barəsində redaksiyamıza şikayət müraciəti ünvanlayıb.

Sakinlərin iddialarına görə, rəhbərsizlikdən sui istifadə edən Həsənov İmran qanunsuz işlərlə məşğul olur.

Sakinlər bildirirlər ki, Həsənov İmran və bir qrup dəstə torpağları satarkən qarşı tərəfə tikinti işlərinə icazəni alacağını, heç bir problemin olmayacağı vədlərini veriblər. Lakin torpaq sahibi ərazidə tikintiyə başladıqda sözügedən ərazidə tikintiyə icazənin olmadığını bildirərək, söküntü işləri aparırlar.

İddia olunur ki, İcra Hakimiyyətinə təkrar müraciət edən şəxslərdən yenidən müəyyən miqdarda pul vəsaiti tələb olunur. Pulun qarşılığında onlara rəsmi sənədin veriləcəyi bildirilir.

İcra hakmiyyətinin rəsmisi bu işlərdə yalnız deyil. İddialara görə, ona Lökbatanda “Makler Natiq” kimi tanınan Natiq adlı bəy və özünü ərazi nümayəndəsi kimi təqdim edən Samir adlı şəxs və keçmiş bələdiyyə sədri Rasim adlı şəxs kömək edib.

Sakinlər iddia edirlər ki, sabiq başçı Süleyman Mikayılovun qanun pozuntularına görə işdən çıxardığı Samiri İmran Həsənov yenidən qeyri qanuni keçmiş postuna geri qaytarıb və tikintiyə icazələri ,qiymət danışmağı ona həvalə edib.

İddialara görə, qanunsuz əməldən zərərçəkənlərin sayı 70 nəfərdən çoxdur:

“Qaradağ rayon Ərazi-təşkilat məsələləri sektoru müdiri Həsənov İmran, bələdiyyənin keçmiş əməkdaşı Saleh, əvvəllər bələdiyyədə müqavilə ilə işləyən Oruc,  kənd sovetliyinin qəsəbə nümayəndəsi Samir, “makler Natiq” və bələdiyyə sədri olmuş Rasim adlı şəxs əlbir olaraq Yardımlı və Lerik rayonlarından olan 70, 80 nəfərə sənədsiz torpaq satıblar. Əvvəlcə sənəd verəcəklərinə söz versələr də, bunu etməyiblər.  Natiq, Oruc və Saleh kəndçidirlər.  Yardımlı rayonunun Bircümlü kəndindəndirlər. Bunlar Lökbatanda torpaqları zəbt edib, kənd sakinlərini aldadaraq onlara satıblar.  Rəhbərləri də İmrandır. O bunlara tapşırıq verir. Rayonda bütün tikintiyə və torpaqların satılmasına İmran baxır. Hərkəsə vəzifədə olan qohumu ilə hədə qorxu gəlir ki, siz görərsiniz başınıza nə oyun açıram”.

Adının çəkilməsini istəməyən digər şikayətçi qeyd edir ki, 1 il öncə zərərçəkənlər İcra Hakimiyyətini qarşısında toplaşaraq, İmran Həsənovun qanunsuz əməllərini dayandırmasını, onlardan mənimsənilən pulların geri qaytarılmasını tələb ediblər:

“1 il əvvəl Süleyman Mikayılov bu məsələdən xəbərdar olan kimi kütləvi söküntülərə başlanıldı.Bunu görən sakinlər də toplaşaraq kütləvi etiraz etdilər. İmran Natiq Saleh Oruc və keçmiş bələdiyyə sədri Rasim onları sakitləşdirməyə və tikinti edəcəklərinə söz verdilər.Hazırda 1 ildir ki, biz nə pulllarımızı ala bilirik nə sənəd ala bilirik nədə ki tikintiyə icazə. Aidiyyatı qurumlardan bu məsələ ilə yaxından maraqlanmağı, lazimi tədbirləri görməyi tələb edirik. Şikayətdə adıçəkilən şəxslərin cəzalandırılacağına ümid edirik”. 

Daha bir iddiada qeyd olunur ki, İmran Həsənov qanunsuz əməlləri törədərkən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun adından istifadə edir. O, Əzizovun yaxın qohumu olduğunu deyərək, ya müavin yada başçı olacagını bildirərək torpaqlarının sənədləşdiriləcəyini bildirir.

Mövzunu diqqətdə saxlayacaq, zərərçəkənlərin daha bir qisminin şikayətklərini növbəti materiallarımızda dərc edəcəyik.

Məsələ ilə bağlı, adıçəkilən tərəflərin mövqelərini yayımlamağa hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://dogru.az
archiveBu xəbər 19 Mart 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri