Icma.az
close
up
RU
Qarakeçdidə həyətlərin su altında qalması ilə bağlı açıqlama Video

Qarakeçdidə həyətlərin su altında qalması ilə bağlı açıqlama Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Aramsız yağışlar Ağcabədinin Qarakeçdi qəsəbəsində həyətləri su altında qoyub.

“Qafqazinfo” xəbər verir ki, Laçından olan keçmiş məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə ciddi problemlər yaranıb.

Sakinlərin sözlərinə görə, güclü yağıntılar nəticəsində həyətlər sel və qrunt suları ilə dolub, yaşayış şəraiti çətinləşib. Bununla bağlı aidiyyəti qurumlara məlumat verilsə də, problem hələ də tam aradan qaldırılmayıb.

Mövcud vəziyyətlə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları cəlb olunub. Hazırda FHN əməkdaşları növbəli şəkildə qəsəbədə sel və qrunt sularının həyətlərdən çəkilməsi işlərini davam etdirirlər.

Vətəndaşlar problemin qısa zamanda həll olunacağına ümid etdiklərini bildirərək, aidiyyəti qurumlardan əlavə tədbirlərin görülməsini xahiş edirlər.

Məsələ ilə bağlı Laçın Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidən suyun kənarlaşdırılması istiqamətində iş aparılır: “Cari ilin may ayında, xüsusilə may ayının üçüncü ongünlüyündə ölkəmizin əksər şəhər və rayonlarında olduğu kimi Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü ərazisinə düşmüş aramsız leysan yağışları nəticəsində ərazidəki nisbətən çökək ərazidə yerləşən 245 ailəlik məcburi köçkünlər qəsəbəsində səth sularının çoxalması və qrunt sularının yer səthinə qalxması nəticəsində subasma halları baş vermişdir. Bununla əlaqədar olaraq dərhal Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin məsul əməkdaşları Laçın Rayon Fövqəladə Hallar Komissiyasının rəhbərliyi ilə birlikdə ərazidə olmuş, mövcud vəziyyətə baxış keçirilmiş, baş vermiş təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılmışdır. Hazırda FHN-in Qarabağ Regional Mərkəzinin əməkdaşları xüsusi texnikalarla ərazidə toplanmış su kütlələrinin yaşayış massivindən kənara axıdılması üçün gərgin iş aparırlar”.

FHN Mətbuat xidmətindən isə qeyd edilib ki, yağan intensiv yağışlar nəticəsində Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrinə suyun dolması ilə əlaqədar nazirliyin Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri görülür.

Ziya Əmirxanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 İyun 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri