Icma.az
close
up
RU
Qarakənd faciəsi erməni terrorunun Azərbaycan dövlətçiliyinə ağır zərbəsi oldu ŞƏRH EDİLDİ

Qarakənd faciəsi erməni terrorunun Azərbaycan dövlətçiliyinə ağır zərbəsi oldu ŞƏRH EDİLDİ

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

"1991-ci il noyabrın 20-də baş verən Qarakənd faciəsi Azərbaycanın müstəqilliyinin ilk aylarında ölkənin dövlətçilik sisteminə vurulan ən ağır zərbələrdən biri kimi tarixə düşüb. Ağdamdan Xocavəndin Qarakənd kəndinə doğru hərəkət edən Mi-8 helikopterinin Ermənistan silahlı birləşmələri tərəfindən raketlə vurulması nəticəsində Azərbaycanın yüksək vəzifəli dövlət adamları, nazirlik rəhbərləri, deputatlar, hüquq-mühafizə orqanlarının nümayəndələri və jurnalistlər daxil olmaqla 22 nəfər həlak oldu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.Onun sözlərinə görə, bu hadisə Ermənistanın regionda məqsədli şəkildə gərginlik yaratmaq niyyətinin, separatizmi alovlandırmaq siyasətinin və Azərbaycan dövlətçiliyini zəiflətmək cəhdlərinin bariz nümunəsi idi: "Hadisənin baş verdiyi dövr 1991-ci ilin sonu, Azərbaycanın hələ yeni müstəqillik qazandığı, siyasi strukturların formalaşmaqda olduğu, ölkənin isə həm daxili, həm də xarici təhdidlər qarşısında olduqca həssas vəziyyətə düşdüyü bir mərhələ idi. Məhz belə bir vaxtda yüksək çinli dövlət nümayəndələrinin bir gündə məhv edilməsi Ermənistan üçün strateji üstünlük yaratmaq, Azərbaycanda qərarvermə prosesini zəiflətmək və Qarabağda separatçı qüvvələrin mövqelərini möhkəmləndirmək məqsədi daşıyırdı. Qarakənd hadisəsinin siyasi motivləri kifayət qədər aydın idi. Birincisi, Ermənistan Azərbaycanda idarəetmə boşluğu yaratmaqla ölkəni daxili xaosa sürükləmək istəyirdi. İkincisi, bu terror aktı Qarabağda separatçı rejimi gücləndirməyə, bölgədə real danışıqlar perspektivini ortadan qaldırmağa hesablanmışdı. Üçüncüsü, beynəlxalq aləmdə “bölgə nəzarətsizdir” görüntüsü yaratmaqla xarici qüvvələrin prosesə daha çox müdaxiləsinə zəmin hazırlanırdı.Qarakənd faciəsi Azərbaycan cəmiyyəti üçün böyük sarsıntı idi. Dövlət idarəetmə mexanizmi ciddi itkilər verdi, münaqişənin hərbi-siyasi gərginliyi daha da artdı və Ermənistanın növbəti hücumları üçün şərait formalaşdı. Lakin bütün bunlara baxmayaraq, faciə xalqda milli həmrəyliyi gücləndirdi, Ermənistanın terrorçu fəaliyyətinin mahiyyətini daha açıq göstərdi və Azərbaycanın təhlükəsizlik strategiyasının gələcəkdə daha ciddi şəkildə qurulmasına təkan verdi. Bu hadisə bu gün də sadəcə bir tarix deyil - dövlətçiliyin, milli təhlükəsizliyin və siyasi ayıqlığın nə qədər vacib olduğunu xatırladan dərsdir. Qarakənd faciəsi göstərdi ki, Azərbaycan yalnız güclü dövlətçilik, mütəşəkkil siyasi sistem və milli birliyə söykənən strateji xəttlə belə təhdidlərə qarşı dayanıqlı ola bilər".

Müəllif: Ziya Hikmətoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri