Icma.az
close
up
RU
Qaraltı Vüqar Vanın hekayəsi

Qaraltı Vüqar Vanın hekayəsi

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün gənc yazıçı Vüqar Vanın doğum günüdür.

Kulis.az müəllifi ürəkdən təbrik edir və onun "Qaraltı" hekayəsini təqdim edir.

Qadın gecəyarısı yuxudan oyandı və oyanan kimi oğluna baxdı. Körpə beşikdə sakitcə yatırdı. Qadın bir az yerinin içində qurdalandı, yatmağa çalışsa da, alınmadı. Başa düşdü ki, bundan sonra yata bilməyəcək. Səs salmadan yerindən durub əynini geyindi, pərdəni aralayıb pəncərədən çölə tamaşa elədi. Dünəndən yağan qar hələ də səngimək bilmirdi. Rayonda qara görə işıqlar sönmüş, həyat elə bil dayanmışdı.

Qadın şam yandırıb odun sobasının eyvanını küldən təmizlədi, sobanın içini maşa ilə bir az qurdalayıb, içəri iri bir odun atdı. Corablarını geyindi, sobanın üstündəki su dolu vedrədən bir qab isti su götürüb, çölə çıxdı, əl-üzünə su vurdu. İsti su qarın üstünə çiləndikcə xırda-xırda oyuqlar açılırdı. Üzünü yuduqca bədənindən xoş gizilti keçirdi. Bu gizilti ona çoxdan tanış idi. Uşaqlıqda anası onu soyuq qış gecələrində çimizdirib, saçını darayır, geyindirib yatağa salırdı. O da anasının yerinə girib, sevinə-sevinə gözləyirdi. Anası işini qurtaran kimi gəlib onu qucaqlayır və beləcə yuxuya gedirdilər.

Üz-gözünü qurulayıb əyninə palto geyindi, həyətə düşüb evin qapısından darvazaya qədər balaca bir cığır açmağa qərar verdi. Gecə qarı təmizləyib yol açmayanda, gündüz iş çətinləşirdi. İndi rahatca süpürgə ilə qarı təmizləmək olardı. Qadın qarı təmizləyə-təmizləyə gedib darvazaya çatdı, dikəlib dərindən nəfəs aldı, əllərini böyrünə qoyub açdığı cığıra baxdı. Açdığı cığırı artıq qar tutmuşdu, qadın həvəsdən düşdü, anladı ki, nə qədər əlləşsə də, heç bir faydası olmayacaq, bir az əvvəl açdığı cığırı qar tutursa, səhərə heç cığırın izi-tozu da qalmayacaq. Açdığı cığırla qayıdıb evin qabağında süpürgəni çırpdı, paltosunu çıxarıb qardan təmizlədi. İçəri keçəndə bayaq isti suyun açdığı oyuqlara ötəri baxdı. Açılan oyuqlar eybəcər yazılmış “R” hərfini xatırladırdı.

Sobanın üstündəki sudan qəhvədana tökdü, aparıb qaynamağa qoydu. Gəlib oğluna baxdı, bələyini səs salmadan, sakitcə düzəltdi, beşiyi bir az yırğaladı. Su qaynayana qədər pəncərədən çöldə aramsız yağan qara tamaşa elədi. Ağappaq qar zülmət qaranlığı az da olsa, işıqlandırırdı.

O, həm çölə, həm də pəncərədə görünən bulanıq siluetinə baxa-baxa beşikdə yatan beş aylıq oğlunun gələcəyini və öz həyatını düşündü. Qadının yaşı artıq 30-u keçmişdi. Həyat yoldaşına qoşulub qaçandan sonra ata-anasıyla araları dəymişdi, atası heç cür barışmağa razı olmurdu. Valideynləriylə küsülü olsa da, əriylə xoşbəxt idi. İndi beşikdə yatan körpənin doğulmağından iki ay qabaq əri Rusiyaya işləməyə getmişdi. Təzə-təzə hər gün zəng vurur, hər ayın axırı pul göndərirdi. Zaman keçdikcə zənglər də, pulun miqdarı da azalmağa başlamışdı. Qadın fikirləşirdi ki, ərinin işləri yaxşı deyil, başı qarışıqdır. Buna görə indi o qəpiklə də ehtiyatlı davranır, ata-anasına ağız açmaq istəmirdi. Qadın indi ərini düşündü, kim bilir haralardadır, kimin evindədir, təkdirmi, yoxsa yanında adam varmı, nə iş görür?..

Nəhayət, durub qəhvədana baxmağa getdi. Çaydanı yaxalayıb, içinə quru çay atdı, qazı söndürüb qaynayan suyu çaydana tökdü. Beş-on dəqiqə dəm almağını gözləyib özünə çay süzdü gəlib yenə pəncərənin qarşısında əyləşdi.

Hər yan səssizliyə bürünmüş, dünəndən yağan qar ətrafdakı bütün səsləri susdurub, öz iradəsinə tabe eləmişdi. Arada hardan gəldiyi bəlli olmayan heyvan səsləri eşidilirdi, o səslərin də it, yoxsa çaqqal səsi olduğunu ayırd etmək çətin məsələ idi.

Qadın çayını içib, özünə təzədən çay süzdü, keçib bayaqkı yerində əyləşəndə həyətdən səs eşidib diksindi. Ona elə gəldi ki, kimsə darvazanın açıq olub-olmadığını yoxladı. Qadın nəfəsini tutub çölə diqqət kəsildi. Darvaza bir neçə dəfə taqqıldayıb, dayandı. Qadın tez durub pərdəni çəkdi və tərəddü dolu baxışlarla çölü pusmağa başladı. Səs-səmir yox idi, qadın nahaq yerə narahat olduğunu fikirləşib yerinə keçdi. Elə çayını içməyə hazırlaşanda pəncərənin qarşısından bir qaraltı yel kimi keçdi.

Qadının qorxudan bədəni gizildədi. Cəld ayağa durub şamı söndürdü, pərdənin dalında gizləndi, çölə diqqətlə baxdı. Artıq otaq da, həyət də qaranlıq idi. Bir müddət beləcə səssiz qalıb çölü güddü. Qaraltı həyətdə idi.

Yenə bədəni gizildədi, vahimələndi. Nə edəcəyini götür-qoy edə-edə pəncərənin qarşısında donub qaldı. Qaraltı evin ətrafında hərlənirdi. Qadın çölə çıxmağa da ürək eləmirdi, qorxudan ürəyi titrəyir, əl-ayağı əsirdi.

Qaraltı gah dayanıb evə baxır, gah qadının açdığı cığırla qapının ağzına qədər gəlir, gah da evin arxasına keçirdi. Vaxt keçdikcə qadının təlaş və narahatlığı daha da artırdı.

Əlacsız qalıb, oğlunu yuxudan oyatdı, bələyini açdı. Bələyi açılandan sonra azadlığa çıxmış körpə ləzzətlə ayaqlarını, əllərini oynatdı. Gözlərini açıb anasına baxdı. Qaranlıqda anasının sifətini görüb bir anlıq gülümsədi, dərhal da ağlamağa başladı. Qadın onu qucağına götürüb yellədi, boynundan gələn körpə qoxusunu üç-dörd dəfə acgözlüklə içinə çəkdi, bu qoxu onu az da olsa, rahatlaşdırdı. Uşağın belinə ehmalca vurdu, indi onun tək istəyi uşağın sakit dayanmaması, mümkün olduğu qədər səs salması idi. Körpəni beşiyə qoydu, bezini açıb dəyişdirdi, qucağına götürüb təzədən oynatmağa başladı.

Nə şam yandırmağa, nə də pəncərədən baxmağa cəsarəti çatırdı. Qucağında uşaqla pərdəni azca aralayıb qaraltının harda olduğunu dəqiqləşdirmək istədi. Uşaq dinc dayanmışdı, ağlamırdı. Yenidən körpəni beşiyə qoydu.

Qadın beşiyi yellədə-yellədə pıçıltıyla lay-lay deyirdi. Beləcə nə qədər vaxt keçmişdi bilinmirdi. Hava isə yava-yavaş işıqlaşırdı. Qadının gecə açdığı cığırın izi hələ də itməmişdi.

Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı Lorkanın itmiş əsərləri tapıldı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 Avqust 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see376

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see288

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see278

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see266

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see266

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see263

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see255

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see243

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see241

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see236

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see228

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see227

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see226

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see219

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see214

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see205

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri