Icma.az
close
up
RU
Qaraltı Vüqar Vanın yeni hekayəsi

Qaraltı Vüqar Vanın yeni hekayəsi

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Vüqar Vanın "Qaraltı" hekayəsini təqdim edir.
Qadın gecə yarısı yuxudan oyandı və oyanan kimi oğluna baxdı. Körpə beşikdə sakitcə yatırdı. Qadın bir az yerinin içində qurdalandı, yatmağa çalışsa da, alınmadı. Başa düşdü ki, bundan sonra yata bilməyəcək. Səs salmadan yerindən durub əynini geyindi, pərdəni aralayıb pəncərədən çölə tamaşa elədi. Dünəndən yağan qar hələ də səngimək bilmirdi. Rayonda qara görə işıqlar sönmüş, həyat elə bil dayanmışdı. Qadın şam yandırıb odun sobasının eyvanını küldən təmizlədi, sobanın içini maşa ilə bir az qurdalayıb, içəri iri bir odun atdı. Corablarını geyindi, sobanın üstündəki su dolu vedrədən bir qab isti su götürüb çölə çıxdı, əl-üzünə su vurdu. İsti su qarın üstünə çiləndikcə xırda-xırda oyuqlar açılırdı. Üzünü yuduqca bədənindən xoş gizilti keçirdi. Bu gizilti ona çoxdan tanış idi. Uşaqlıqda anası onu soyuq qış gecələrində çimizdirib, saçını darayır, geyindirib yatağa salırdı. O da anasının yerinə girib, sevinə-sevinə gözləyirdi. Anası işini qurtaran kimi gəlib onu qucaqlayır və beləcə yuxuya gedirdilər.

Üz-gözünü qurulayıb əyninə palto geyindi, həyətə düşüb evin qapısından darvazaya qədər balaca bir cığır açmağa qərar verdi. Gecə qarı təmizləyib yol açmayanda, gündüz iş çətinləşirdi. İndi rahatca süpürgə ilə qarı təmizləmək olardı. Qadın qarı təmizləyə-təmizləyə gedib darvazaya çatdı, dikəlib dərindən nəfəs aldı, əllərini böyrünə qoyub açdığı cığıra baxdı. Açdığı cığırı artıq qar tutmuşdu, qadın həvəsdən düşdü, anladı ki, nə qədər əlləşsə də, heç bir faydası olmayacaq, bir az əvvəl açdığı cığırı qar tutursa, səhərə heç cığırın izi-tozu da qalmayacaq. Açdığı cığırla qayıdıb evin qabağında süpürgəni çırpdı, paltosunu çıxarıb qardan təmizlədi. İçəri keçəndə bayaq isti suyun açdığı oyuqlara ötəri baxdı. Açılan oyuqlar eybəcər yazılmış “R” hərfini xatırladırdı.

Sobanın üstündəki sudan qəhvədana tökdü, aparıb qaynamağa qoydu. Gəlib oğluna baxdı, bələyini səs salmadan, sakitcə düzəltdi, beşiyi bir az yırğaladı. Su qaynayana qədər pəncərədən çöldə aramsız yağan qara tamaşa elədi. Ağappaq qar zülmət qaranlığı az da olsa, işıqlandırırdı.

O, həm çölə, həm də pəncərədə görünən bulanıq siluetinə baxa-baxa beşikdə yatan beş aylıq oğlunun gələcəyini və öz həyatını düşündü. Qadının yaşı artıq 30-u keçmişdi. Həyat yoldaşına qoşulub qaçandan sonra ata-anasıyla araları dəymişdi, atası heç cür barışmağa razı olmurdu. Valideynləriylə küsülü olsa da, əriylə xoşbəxt idi. İndi beşikdə yatan körpənin doğulmağından iki ay qabaq əri Rusiyaya işləməyə getmişdi. Təzə-təzə hər gün zəng vurur, hər ayın axırı pul göndərirdi. Zaman keçdikcə zənglər də, pulun miqdarı da azalmağa başlamışdı. Qadın fikirləşirdi ki, ərinin işləri yaxşı deyil, başı qarışıqdır. Buna görə indi o qəpiklə də ehtiyatlı davranır, ata-anasına ağız açmaq istəmirdi. Qadın indi ərini düşündü, kim bilir haralardadır, kimin evindədir, təkdirmi, yoxsa yanında adam varmı, nə iş görür?..

Nəhayət durub qəhvədana baxmağa getdi. Çaydanı yaxalayıb, içinə quru çay atdı, qazı söndürüb qaynayan suyu çaydana tökdü. Beş-on dəqiqə dəm almağını gözləyib özünə çay süzdü gəlib yenə pəncərənin qarşısında əyləşdi.
Hər yan səssizliyə bürünmüş, dünəndən yağan qar ətrafdakı bütün səsləri susdurub öz iradəsinə tabe eləmişdi. Arada hardan gəldiyi bəlli olmayan heyvan səsləri eşidilirdi, o səslərin də it, yoxsa çaqqal səsi olduğunu ayırd etmək çətin məsələ idi.

Qadın çayını içib, özünə təzədən çay süzdü, keçib bayaqkı yerində əyləşəndə həyətdən səs eşidib diksindi. Ona elə gəldi ki, kimsə darvazanın açıq olub-olmadığını yoxladı. Qadın nəfəsini tutub çölə diqqət kəsildi. Darvaza bir neçə dəfə taqqıldayıb, dayandı. Qadın tez durub pərdəni çəkdi və tərəddü dolu baxışlarla çölü pusmağa başladı. Səs-səmir yox idi, qadın nahaq yerə narahat olduğunu fikirləşib yerinə keçdi. Elə çayını içməyə hazırlaşanda pəncərənin qarşısından bir qaraltı yel kimi keçdi.

Qadının qorxudan bədəni gizildədi. Cəld ayağa durub şamı söndürdü, pərdənin dalında gizləndi, çölə diqqətlə baxdı. Artıq otaq da, həyət də qaranlıq idi. Bir müddət beləcə səssiz qalıb çölü güddü. Qaraltı həyətdə idi.

Yenə bədəni gizildədi, vahimələndi. Nə edəcəyini götür-qoy edə-edə pəncərənin qarşısında donub qaldı. Qaraltı evin ətrafında hərlənirdi. Qadın çölə çıxmağa da ürək eləmirdi, qorxudan ürəyi titrəyir, əl-ayağı əsirdi.
Qaraltı gah dayanıb evə baxır, gah qadının açdığı cığırla qapının ağzına qədər gəlir, gah da evin arxasına keçirdi. Vaxt keçdikcə qadının təlaş və narahatlığı daha da artırdı.

Əlacsız qalıb, oğlunu yuxudan oyatdı, bələyini açdı. Bələyi açılandan sonra azadlığa çıxmış körpə ləzzətlə ayaqlarını, əllərini oynatdı. Gözlərini açıb anasına baxdı. Qaranlıqda anasının sifətini görüb bir anlıq gülümsədi, dərhal da ağlamağa başladı. Qadın onu qucağına götürüb yellədi, boynundan gələn körpə qoxusunu üç-dörd dəfə acgözlüklə içinə çəkdi, bu qoxu onu az da olsa, rahatlaşdırdı. Uşağın belinə ehmalca vurdu, indi onun tək istəyi uşağın sakit dayanmaması, mümkün olduğu qədər səs salması idi. Körpəni beşiyə qoydu, bezini açıb dəyişdirdi, qucağına götürüb təzədən oynatmağa başladı.

Nə şam yandırmağa, nə də pəncərədən baxmağa cəsarəti çatırdı. Qucağında uşaqla pərdəni azca aralayıb qaraltının harda olduğunu dəqiqləşdirmək istədi. Uşaq dinc dayanmışdı, ağlamırdı. Yenidən körpəni beşiyə qoydu.

Qadın beşiyi yellədə-yellədə pıçıltıyla lay-lay deyirdi. Beləcə nə qədər vaxt keçmişdi bilinmirdi. Hava isə yava-yavaş işıqlaşırdı. Qadının gecə açdığı cığırın izi hələ də itməmişdi.

“Nazim Hikmət qaçmayıb xalqına sözünü deməli idi" - Ona nə üçün "viski düşkünü" deyirdilər? Əfsanəvi müğənnilərin ikonik əşyaları hərraca çıxarılır Yadigar Muradovun vəziyyəti ağırlaşdı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://kulis.az
archiveBu xəbər 28 Oktyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri